525.Az

Azərbaycanla BTİ arasında mövcud və perspektiv əməkdaşlıq müzakirə olunub


 

Azərbaycanla BTİ arasında mövcud və perspektiv əməkdaşlıq müzakirə olunub<b style="color:red"></b>

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Jao ilə videokonfrans formatında ikitərəfli görüş keçirib.

525.az xəbər verir ki, nazir bu barədə "Facebook" hesabında yazıb.

Görüşdə Azərbaycanla BTİ arasında mövcud və perspektiv əməkdaşlıq müzakirə olunub. "Region ölkələri arasında İKT sahəsi üzrə aparılan müzakirələrdə BTİ-nin vasitəçi qismində tərəflərə göstərdiyi dəstəkdən danışdıq",- R. Nəbiyev qeyd edib.

 





22.10.2021    çap et  çap et