525.Az

Azərbaycan səfiri niderlandlı gənclərlə görüşüb


 

Azərbaycan səfiri niderlandlı gənclərlə görüşüb<b style="color:red"></b>

Niderlandın Leyboristlər Partiyasının gəncləri bu ölkədəki Azərbaycan səfirliyində olublar.

525.az xəbər verir ki, gənc leyboristlərin səfir Fikrət Axundovla görüşü olub. Görüşdə Niderland parlamentində təmsil olunan Leyboristlər müxalif partiyasının gənc üzvlərinə Qarabağ münaqişəsinin başa çatması ilə bağlı məlumat verilib.

Səfir F.Axundov artıq keçmişdə qalmış Qarabağ münaqişənin tarixi, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, BMT-nin keçmiş münaqişə ilə bağlı qəbul etmiş olduğu 4 qətnamə, ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Ermənistan hökumətinin münaqişənin sülh yolu ilə həlli istiqamətindəki danışıqlar prosesinə mane olmasından və onun münaqişənin sülh yolu ilə həllində qeyri-konstruktiv rolundan danışılıb. Bildirilib ki, ötən ilin iyul-avqust aylarında ermənistanın törətdiyi hərbi təxribatlardan söz açılıb.

Vurğulanıb ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün əks-əməliyyata başlayıb və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün ərzində torpaqlarımızı azad edib.

Vətən müharibəsi dövründə bütün xalqımız və ordumuz dövlətimizin başçısının ətrafında birləşərək, topraqlarımızın azadlığı uğrunda qətiyyətlərini göstəriblər. Bu dövlət-xalq-ordu birliyi və həmrəyliyi sayəsində Azərbaycanın ərazi bütövlüyünü 44 gün ərzində bərpa edib.

Sonda gənc leyborist siyasətçilərin sualları cavablandırılıb.

 





22.10.2021    çap et  çap et