525.Az

Dibalanın evi qarət olundu


 

Dibalanın evi qarət olundu<b style="color:red"></b>

"Yuventus"un futbolçusu Paulo Dibalanın Turindəki evi qarət olunub.

525.az Qol.az-a istinadən xəbər verir ki, oğrular 27 yaşlı yarımmüdafiəçinin evinə girərək birinci mərtəbədəki pəncərəni sındırıblar.

Mühafizəçi cinayətkarları görüb həyəcan siqnalını basıb, ancaq soyğunçular gizlənərək qızıl zinət əşyaları götürərək qaça biliblər. Oğurlanan əşyaların dəyəri hələ ki, məlum deyil. Onların Dibalanın bahalı saat kolleksiyasını da oğurladığı güman edilir.

 





22.10.2021    çap et  çap et