525.Az

Lənkəranda Vətən müharibəsinin şəhidi Emil Şıxəlizadənin adı əbədiləşdirilib


 

Lənkəranda Vətən müharibəsinin şəhidi Emil Şıxəlizadənin adı əbədiləşdirilib<b style="color:red"></b>

Vətən müharibəsində qəhrəmancasına vuruşub düşməni məhv edən igidlərin sırasında lənkəranlı gənclər də var. Vətənə sonsuz məhəbbət, düşmənə dərin nifrət hissi ilə döyüşə qatılan bu gənclərdən biri də Lənkəran rayonunun Gərmətük qəsəbə sakini Şıxəlizadə Emil Şahin oğludur.

525.az xəbər verir ki, igid döyüşçünün xatirəsini əbədiləşdirmək məqsədilə doğulduğu Gərmətük qəsəbəsində onun adına bulaq tikilib.

Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bulaq abidə kompleksinin açılış mərasimində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 44 günlük Vətən müharibəsində lənkəranlı gənclərin göstərdiyi şücaətdən danışaraq, onların qəhrəmanlığının əsl vətənpərvərlik məktəbi kimi hər bir gənc üçün örnək olduğunu söyləyib.

Şəhidin atası Şahin Şıxəlizadə oğlunun qəhrəmanlığından qürur duyduğunu bildirərək, övladının xatirəsinin ədədiləşdirilməsi ilə bağlı görülən işlərə və ailəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonra məktəblilərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Mərasim iştirakçıları şəhid Emil Şıxəlizadənin ev-muzeyi ilə tanış olub, məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.

.

 





22.10.2021    çap et  çap et