525.Az

Telman İsmayılov Çernoqoriyada sığınacaq aldı


 

Telman İsmayılov Çernoqoriyada sığınacaq aldı<b style="color:red"></b>

Həbsdə olan məşhur azərbaycanlı biznesmen Telman İsmayılov Çernoqoriyada sığınacaq alıb.

525.az APA-ya istinadən xəbər verir ki, T.İsmayılov istintaq təcridxanasından buraxılıb.

Qeyd edək ki, Rusiyada qətllərdə və adam oğurluğunda ittiham olunan iş adamı Telman İsmayılov Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb.

Rusiya ekstradisiya üçün lazım olan sənədləri Monteneqro tərəfinə təqdim etdiyini bildirib.

 





22.10.2021    çap et  çap et