525.Az

Hava küləkli olacaq


 

Hava küləkli olacaq<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında aprelin 27-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumat verilib.
 
Havanın temperaturunun gecə 8-11, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-13, gündüz 18-23, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
 





26.04.2014    çap et  çap et