525.Az

“Koronavirus növbəti il də davam edəcək” - ÜST


 

“Koronavirus növbəti il də davam edəcək” -<b style="color:red"> ÜST</b>

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), COVID-19 pandemiyasının 2022-ci ildə də davam edəcəyini açıqlayıb. Buna səbəb isə yoxsul ölkələrin kifayət qədər vaksin əldə edə bilmədikləri göstərilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatın yüksək səviyyəli rəhbərlərindən biri Dr. Brus Aylvad koronavirus pandemiyasının 2022-ci ildə də həyatımızda təsirli olacağını söyləyib. Onun sözlərinə görə, Afrika qitəsində əhalinin 5% -dən az hissəsi, digər qitələrdə isə 40%-i vaksinasiya prosesindən keçib. Dr. Aylvad varlı ölkələri peyvənd növbəsindəki yerlərindən imtina etməyə və dərman şirkətlərini aşağı gəlirli ölkələrə üstünlük verməyə çağırıb. 

O söyləyib: “Həqiqətən vaksinasiya prosesinj sürətləndirməliyik. Əks təqdirdə bu pandemiya lazım olandan daha bir il daha artıq davam edəcək". 

El Roman

 





22.10.2021    çap et  çap et