525.Az

Bu il respublika ərazində baş verən təbii və texnogen mənşəli hadisələrin sayı açıqlanıb


 

Bu il respublika ərazində baş verən təbii və texnogen mənşəli hadisələrin sayı açıqlanıb<b style="color:red"></b>

Bu il respublika ərazisində 13231 təbii və texnogen mənşəli hadisə baş verib.

525.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin 2021-ci ilin 9 ayı ərzində bağlı statistik məlumatlarında qeyd edilib.

Bildirilib ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 398 hadisə və ya 3% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 36 nəfər həlak olub, 159 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 36 nəfər xilas edilib, 496 nəfər təxliyə olunub.

 





23.10.2021    çap et  çap et