525.Az

Ukrayna prezidentinin ofisinde diaspor nümayəndələri ilə görüş olub


 

Ukrayna prezidentinin ofisinde diaspor nümayəndələri ilə görüş olub<b style="color:red"></b>

Ukraynada yaşayan etnik xalqların problemlərinin müzakirə edildiyi toplantının təşkilatçısı və sədri prezidentin Ukrayna müdafiəçilərinin hüquqları üzrə səlahiyyətli müşaviri Alyona Verbitskaya olub.

Təşəbbüs qrupunun üzvləri Ukrayna Azərbaycanlıları Radasının baş katibi Məmmədov Ceyhun, “Əfqanıstan İcması” Milli Mədəniyyət Assosiasiyasının prezidenti Conat Sobhan, Dağıstan Ağsaqqallar Şurasının nümayəndəsi Yəhyaev Şakir Yəhya oğlu, Ukraynada Qırğızıstan Birliyinin qurucusu İsmayılov Azamat, "Çeçen xalqının diasporası" QHT -nin ağsaqqallar şurasının sədri Saidumov Həmid," "Çeçen xalqının diasporası"  idarə heyətinin üzvü Amaqov Aslambek, “Ukrayna Belarusiya Evi” üzvü Makitov Yuri və “Ukrayna Yunanlar İttifaqı” QHT-nin birinci vitse-prezidenti Mikola Koretski olublar.

Ukrayna Prezidenti Ofisinin nümayəndəsi və hüquq-mühafizə və ədliyyə şurasının sədri Anatoliy Anatolievich, Ukrayna təhlükəsizlik xidmətinin nümayəndəsi Aleksandr Volodymyrovych, DİN-nin Vətəndaşlıq, Pasport və Qeydiyyat Departamentinin direktoru Garnyk Maria Serhiivna, Konsulluq Xidməti Departamentinin direktor müavini Krisa Svitlana Anatoliivna, Daxili İşlər Nazirliyinin nümayəndəsi Botnarenko Oleksiy Mykolayoviç, Xarici İşlər Nazirliyinin nümayəndəsi Samçenko İrina Pavlivna və Ukrayna Milli Bankının nümayəndələri diaspor rəhbərləri tərəfindən qaldırılan məsələlərə operativ reaksiya veriblər.

Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavininin müşaviri, Ukrayna Müdafiəçilərinin Hüquqlarının Müdafiəsi üzrə Məşvərət Şurasının rəhbəri Alyona Verbitskaya qaldırılan bütün məsələləri hərtərəfli araşdırılacağını bildirib.

Ukrayna Azərbaycanlıları Şurasının baş katibi Ceyhun Məmmədov toplantı iştirakçılarına təşəkkür edib. “Son vaxtlar Ukraynada vətəndaşcğmiyyətinin möhkəmlənməsi istiqamətində uğurlu proektlər həyata keçirilir.  Bu gün isə biz belə innovativ  layihələrdən birinin iştirakçısı olduq”, - deyən Məmmədov və hər kəsə uğurlar arzulayıb.

Sonda belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb və Ukrayna prezidenti Vladimir Zelenskiyə də müraciət ünvanlanıb.

 





23.10.2021    çap et  çap et