Xəzər rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid Qasımov Ramiz Vaqif oğlunun anım mərasimi keçirilib.
525.az xəbər verir ki, şəhidin məzarı önündə keçirilən tədbirə Xəzər Rayon İcra Hakimiyyətinin, YAP Xəzər rayon təşkilatının rəhbər və məsul şəxsləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri qatılıblar.
Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Sonra şəhidin keçdiyi şərəfli ömür yolundan danışılıb, döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətdən söz açılıb.
Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.