525.Az

Dünyanın ən uzun "tam qapanması” bitib 


 

Dünyanın ən uzun "tam qapanması” bitib <b style="color:red"></b>

Avstraliyanın Melburn şəhərində müxtəlif fasilələrlə 263 gün qüvvədə olan dünyanın ən uzun "tam qapanması” başa çatıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Viktoriya əyalətinin baş naziri Daniel Endryus ştatın paytaxtı Melburnda keçirdiyi mətbuat konfransında tam qapanmanın başa çatması və yeni qüvvəyə minmiş məhdudiyyətlərlə bağlı açıqlama verib. Virusun yayılmağa başladığı 2020-ci ilin mart ayından bu yana müxtəlif tarixlərdə 6 dəfə tam bağlanaraq cəmi 263 gün bağlı qalan qadağaların COVID-19 peyvəndi nisbətlərinin 70-ə çatması ilə yüngülləşdirildiyi bildirilib.

Baş nazir Endryus, "Bu gün hər iki dozada peyvəndi olan insanların nisbəti 70 faizdən çox olduğu üçün insanlara təşəkkür edirəm. Bu işi bitirməliyik, peyvəndlər işə yarayır”, - deyib.

El Roman 
 

 





23.10.2021    çap et  çap et