|
|
|
|
Əfqanıstanda hakimiyyətə gələn radikal Taliban hərəkatının nümayəndələri Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin qarşıdakı görüşündə iştirak etməyəcəklər.
525.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı açıqlamanı ölkənin müvəqqəti kabinetində Taliban tərəfindən təyin olunan informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid verib:
"Əfqanıstan İslam Əmirliyi" (Taliban tərəfindən istifadə edilən dövlətin adı – red.) hökumətinin heç bir nümayəndəsi Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin görüşünə qatılmayacaq ".
Eyni zamanda o, nazirlərin Tehranda planlaşdırılan görüşünü “yaxşı” kimi qiymətləndirib.
Oktyabrın 18-də İran Xarici İşlər Nazirliyi Tehranda keçiriləcək xarici işlər nazirlərinin təkbətək görüşündə altı ölkənin - İran, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirak edəcəyini açıqlayıb.
Tərəflər öz səylərini Əfqanıstanda bütün etnik qrupların iştirakı ilə inklüziv hökumətin formalaşmasına kömək etmək üzərində cəmləməyi planlaşdırır. Bu formatda ilk görüş sentyabrın 8-də onlayn keçirilib.