525.Az

Taliban İranda Əfqanıstanla bağlı nazirlərin toplantısına qatılmayacaq


 

Taliban İranda Əfqanıstanla bağlı nazirlərin toplantısına qatılmayacaq<b style="color:red"></b>

Əfqanıstanda hakimiyyətə gələn radikal Taliban hərəkatının nümayəndələri Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin qarşıdakı görüşündə iştirak etməyəcəklər.

525.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı açıqlamanı ölkənin müvəqqəti kabinetində Taliban tərəfindən təyin olunan informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid verib:

"Əfqanıstan İslam Əmirliyi" (Taliban tərəfindən istifadə edilən dövlətin adı – red.) hökumətinin heç bir nümayəndəsi Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin görüşünə qatılmayacaq ".

Eyni zamanda o, nazirlərin Tehranda planlaşdırılan görüşünü “yaxşı” kimi qiymətləndirib.

Oktyabrın 18-də İran Xarici İşlər Nazirliyi Tehranda keçiriləcək xarici işlər nazirlərinin təkbətək görüşündə altı ölkənin - İran, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirak edəcəyini açıqlayıb.

Tərəflər öz səylərini Əfqanıstanda bütün etnik qrupların iştirakı ilə inklüziv hökumətin formalaşmasına kömək etmək üzərində cəmləməyi planlaşdırır. Bu formatda ilk görüş sentyabrın 8-də onlayn keçirilib.

 





24.10.2021    çap et  çap et