525.Az

Daha 2036 nəfər koronavirusa yoluxub


 

Daha 2036 nəfər koronavirusa yoluxub<b style="color:red"></b>

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 036 yeni yoluxma faktı qeydə alınıb, 1 045 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 516 325 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 604 nəfər müalicə olunaraq sağalıb, 6 894 nəfər vəfat edib. 24 827 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 325, bu günə qədər isə ümumilikdə 5 108 298 test icra olunub.

 





24.10.2021    çap et  çap et