525.Az

Hərbi dənizçilərimiz Türkiyədə təcrübə kursunu başa vurublar


 

Hərbi dənizçilərimiz Türkiyədə təcrübə kursunu başa vurublar<b style="color:red"></b>

Azərbaycan Hərbi Akademiyasının Hərbi Dənizçilik fakültəsini bitirən leytenantlar Türkiyədə keçirilən Hərbi Dəniz Qüvvələrinin freqatlarında hərbi dəniz təcrübə kursunu başa vurublar.

525.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tviter hesabında məlumat verilib.

Qeyd edək ki, Türkiyədə kursda iştirak edən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi oktyabrın 20-də keçirilib.

Amfibiya Missiyası Qrupu Komandanlığında keçirilən kurslar sentyabrın 20-dən oktyabrın 15-dək davam edib. Kursu bitirənlərə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən sertifikat verilib.

 





24.10.2021    çap et  çap et