525.Az
Zakir Həsənov İranın Azərbaycandakı səfirini qəbul edib
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüşdə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İrana rəsmi səfərinin nəticələri müzakirə edilib, bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşesi polkovnik Əmir Fərəci Moez iştirak edib.
26.04.2014
çap et