525.Az

Namiq "Bursaspor"da qol hesabını açdı


 

Namiq "Bursaspor"da qol hesabını açdı<b style="color:red"></b>

Millimizin üzvü Namiq Ələsgərov “Bursaspor”da qol hesabını açıb.

525.az xəbər verir ki, o, Türkiyə 1-ci liqasının 10-cu turunda hazırda “Balıkesirspor”la keçirilən oyunda hesabı açıb. Ələsgərov görüşün 29-cu dəqiqəsində rəqib qapısına yol tapıb. Bu, Namiqin “Bursaspor”da rəsmi oyunlarda ilk qoludur.

Hazırda matçda fasilədir və “Bursaspor” 1:0 öndədir. 

 





24.10.2021    çap et  çap et