525.Az

Qaxda şəhid hərbi qulluqçu Emil Fətəliyevin xatirəsi anılıb


 

Qaxda şəhid hərbi qulluqçu Emil Fətəliyevin xatirəsi anılıb<b style="color:red"></b>

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi qulluqçusu, baş çavuş Emil Fətəliyevin il mərasimi keçirilib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qax rayonunun Qorağan kəndində keçirilən anım mərasimində Daxili İşlər Nazirliyinin təmsilçiləri, Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə Emil Fətəliyevin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad edilib. Çıxış edənlər şəhidin Vətən müharibəsindəki şücaətindən, onun şərəfli döyüş yolundan söz açıblar.

Zəngilan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Emil Fətəliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

 





24.10.2021    çap et  çap et