525.Az

“Real” “El Klasiko”larda 99-cu qələbəsini qazanıb


 

“Real” “El Klasiko”larda 99-cu qələbəsini qazanıb<b style="color:red"></b>

İspaniya La Liqasında X tur davam edir.

525.az xəbər verir ki, mərkəzi oyunda “Barselona” ilə “Real” üz-üzə gəlib.

Tarixin 247-ci “El Klasiko”su “Nou Kamp”da baş tutub. Qarşılaşmanı “Real” aktivinə yazıb. Əvvəlcə David Alaba 32-ci dəqiqədə hesabı açıb. 90+4-cü dəqiqədə isə Lukas Vaskes fərqi artırıb. Serxio Aqueorunun 90+7-ci dəqiqədəki qolu isə təsəlli topu olub. Səfərdə əzəli rəqibini 2:1 hesabı ilə üstələyən “kral klubu” “El Klasiko”larda ümumi qələbə sayını 99-a çatdırıb.

Bununla aktivindəki xalların sayını 20-yə çatdıran Karlo Ançelottinin yetirmələri turnir cədvəlində liderliyə yüksəlib. “Barselona” isə 15 xalla 8-ci yerdə qərarlaşıb.

 





24.10.2021    çap et  çap et