|
|
|
|
İnsanlığın ətraf mühitə vurduğu ziyana yenisi əlavə edilib. Dişlərinə görə ovçuların hədəfinə çevrilən Afrika filləri təkamül edib.
525.az xəbər verir ki, həmin fillər indi dişsiz doğulur. Princeton Universitetinin Mozambikdə apardığı araşdırmada elm adamları fillərin niyə dişsiz doğulduğunu araşdırıblar. Mütəxəssislər fillərin özlərini insanlardan qorumaq üçün sözün əsl mənasında anatomiyalarını dəyişdiklərini aşkar ediblər.
Qeyd edək ki, fil dişi ticarəti Mozambikdə olduqca populyardır. 1977-1991-ci illərdə işgüzar münaqişələr zamanı gəlir əldə etmək üçün bir çox fil ovlanıb. Fil populyasiyasının 90 faizi fil dişi ticarətinin qurbanı olub. Buna görə də dişi fillər dişsiz olmaq xüsusiyyətlərini növbəti nəsillərə ötürə biliblər.
Üstəlik, bu problem fillərin sayının azalmasına səbəb ola bilər. Bunun səbəbi genetik anormallıqların dişi fillər tərəfindən ötürülməsidir. Lakin tədqiqatda alimlər bu vəziyyətin zamanla tərsinə çevrilə biləcəyini düşünürlər. Çünki son 20 ildə fillərin sayı artmaqdadır.
El Roman