525.Az

Ağstafada 11 sinif şagirdi bıçaqlanıb


 

Ağstafada 11 sinif şagirdi bıçaqlanıb<b style="color:red"></b>

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

525.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

2004-cü il təvəllüdlü Sadıqov Sadiq bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib.

İlkin məlumata görə, 17 yaşlı oğlan tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

 





24.10.2021    çap et  çap et