525.Az

"Liverpul" "Old Trafford"da "Yunayted"i darmadağın etdi


 

"Liverpul" "Old Trafford"da "Yunayted"i darmadağın etdi<b style="color:red"></b>

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

525.az Qol.az-a istinadən xəbər verir ki, turun mərkəzi görüşü bu günə təsadüf edib. "Mançester Yunayted" "Old Trafford"da əzəli rəqibi "Liverpul"u qəbul edib. Oyun qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0. Son vaxtlar ideal formada olan Məhəmməd Salah oyunda het-trik edib.

"Mançester Yunayted" - "Liverpul" - 0:5

Qollar: Keyta, 5, Jota, 13, Salah, 38, 45+5, 50

Qırmızı vərəqə: Poqba, 60 ("Mançester Yunayted")

Bu nəticədən sonra "Liverpul" 21 xalla 2-ci, "Mançester Yunayted" 14 xalla 7-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 22 xalla "Çelsi" başçılıq edir.

 





24.10.2021    çap et  çap et