525.Az

Türkiyədə bu gün koronavirusdan 195 nəfər ölüb


 

Türkiyədə bu gün koronavirusdan 195 nəfər ölüb<b style="color:red"></b>

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 195 nəfər ölüb.

525.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 338 536 nəfər test edilib, onların 24 792-nin koronavirus testi pozitiv nəticə verib, 24 403 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 115 255 712 peyvənd tətbiq edilib ki, bunun 88,87 faizi birinci, 77,49 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

 





24.10.2021    çap et  çap et