525.Az

Bakıda tuneldə yol qəzası olub, sıxlıq yaranıb


 

Bakıda tuneldə yol qəzası olub, sıxlıq yaranıb<b style="color:red"></b>

Bakıda yol qəzası baş verib.

Bu barədə 525.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki , hazırda Ağa Nemətulla küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Sıxlıq bu küçədən keçən müntəzəm marşrut xətlərinin intervalında ləngimələrə səbəb olub.

Sıxlıq A.Nemətulla küçəsində tuneldə baş verən yol nəqliyyat hadisəsi səbəbindən yaranıb.

 





25.10.2021    çap et  çap et