525.Az

Ermənistan Xankəndi aeroportundan ilk reysi həyata keçirəcək


 

Ermənistan Xankəndi aeroportundan ilk reysi həyata keçirəcək<b style="color:red"></b>

Ermənilər yaxın günlərdə Xocalı aeroportunda ilk texniki uçuş keçirəcəklər.

APA-nın məlumatına görə, bu barədə “Joxovurd” qəzetinə Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən separatçı rejimin “baş naziri” Ara Arutyunyan bildirib. O qeyd edib ki, ilk uçuş texniki xarakterli olacaq, buna görə də hələlik sərnişin daşımaları barədə danışmaq tezdir.

Qəzet Ermənistan prezidenti Serj Sərkisyanın İrəvan-Xocalı-İrəvan reysinin ilk sərnişini olacağı barədə vədini xatırladaraq onun öz vədinə əməl edib-etməyəcəyi ilə maraqlanıb. Prezidentin mətbuat xidmətinin rəhbəri Armen Arzumanyan bildirib ki, belə bir addım planlaşdırılsa, kütləvi informasiya vasitələri həmin ərəfədə məlumatlandırılacaqlar.

 





20.10.2012    çap et  çap et