Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra düşmən işğalından təmizlənən ərazilərin bərpası və yenidən qurulması dövlət siyasətinin prioritetlərindəndir. Artıq bayrağımızın şövqlə dalğalandığı əzəli torpaqlarımızda mühüm strateji obyektlərin, müəssisələrin təməli qoyulur, yüksək texnologiyaların tətbiqi həyata keçirilir, tikinti işləri getdikcə geniş vüsət alır.
Azad olunmuş ərazilərdə digər sahələrlə yanaşı turizm sektorunun bərpası və inkişafı da əsas hədəflərdəndir. Hazırda bu istiqamətdə dövlət səviyyəsində əməli tədbirlər görülür, regionun turizm mərkəzinə çevrilməsi üçün alimlərimiz tərəfindən real vəziyyət qiymətləndirilərək tədqiq olunur.
Qarabağın turizm sahəsinin bərpası haqqında AMEA Coğrafiya İnstitutunun Turizm-rekreasiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani "525-ci Kanal"a danışıb.
Həmin videomüsahibəni təqdim edirik:
Nigar Abbasova
çap et