525.Az

Tapılmayan dərman (son)


 

Tapılmayan dərman <b style="color:red">(son)</b> Suyun səthində doşab rəngində yağlaçov bir şey göründü. Naftalan şüşələri sınıb cilik-cilik olmuşdu. Dərmanın bircə damcısı da ələ gəlmədi. Başımdan yağış tökə-tökə dizimə döydüm. Əks tərəfdəki binadan şən musiqi səsi gəlirdi. Öz-özümə:

 

Bəxtəvər başınıza, düşündüm, mən haydayam, onlar hayda. Görünür, ya toy idi, ya da ki, qonaqlıq. Kiminsə ad günü ola bilərdi, ya kimisə hansı vəzifəyəsə irəli çəkmişdilər. Xülasə, qarmondaQazağıoyun havası çalınırdı. Hirs vurdu kəlləmə. İsgəndərzadənin dedikləri yadıma düşdü. Dayımın sızıltısı, arvadın əsib-sovurması gözümün qabağına gəldi. Başım gicəlləndi. Lap huşumu itirən kimi oldum. Ancaq qarmonda çalınanQazağıoyun havası yamanca sümüyümə düşmüşdü. Lap vəcdə gəldim. Bir tərəfdən hirs məni boğurdu. Niyəsini özüm bilmədən qol götürüb oynamağa başladım. Əlimin birini boynumun arxasına verib, birini yana uzadıb üzündə Naftalan ləkələri olan bulanıq gölməçədə dövrə vurdum. Tez-tez çöməlib qalxır, atılıb-düşürdüm. Gözlərimə sanki qaranlıq çökmüşdü. etdiyimi özüm bilmirdim. Elə bil dəli olmaq dərəcəsinə gəlmişdim. Gözümə heç görünmürdü. Ağlıma gətirmirdim ki, kənardan baxıb-eləyən olar məni qınayarlar. Onu bilirəm ki, “Qazağıoyun havası çalındıqca əyilib-qalxır, ayaqlarımı irəli geri atırdım. Ağıllı-başlı rəqs edirdim. Hərdənbir : –həşşi, həşşi! – deyib bəzi toybaşları kimi atılıb-düşürdüm. Qulağıma çəpik səsi dəydi. Oynaya-oynaya ətrafıma göz gəzdirdim. Dayım yataq otağının pəncərəsindən boylanıb oynadığımı görürmüş.  Qonum-qonşu pəncərələrdən başlarını çıxarıb təəccüblə mənə baxırdılar. Yəqin hamısı elə başa düşürdü ki, həddindən çox içdiyimdən keflənmişəm. Ancaq arağın küpünə girib keflənən adamlar da mənim kimi bu cür hərəkət edə bilməzdi. Elə oynayırdım, elə oynayırdım ki, gəl görəsən. Musiqinin ahənginə uyğun olaraq pəncəmin üstündə, dabanım yerə dəymədən süzürdüm. Elə bil küçədəki gölməçədə yox, xalı-xalçanın üstündə rəqs edirdim. Musiqi kəsilən kimi dayandım. Qollarım yanıma düşdü. Yağış canıma işləmişdi. Birdən ayıldım. Sanki huşum özümə gəldi. Öz-özümü məzəmmət etdim: “Mən qayırıram?! Dünyada adamın başına hər cür qəzavü qədər gələ bilər. Day dost-düşməni özümə niyə güldürürəm?! Aclıq bir il gedər, töhmət min il. El içində rüsvay oldum. Lənətə gəlsin bu Naftalan!.

 

Suyu süzülə-süzülə əliboş, üzüqara binamıza daxil oldum. Beton pillələrlə könülsüz-könülsüz yuxarı mərtəbəyə qalxıb suçlu-suçlu qapımızın qabağında dayandım. Barmaqlarım titrəyə-titrəyə zəngin düyməsini basdım. Dayımın inciyib qaşqabağını sallamağını, arvadın yenə sifətini turşudub mənə dişinin dibindən qopanı deyəcəyini düşünürdüm. Qapı açıldı. İçəri daxil olanda mənhus bir mənzərə ilə üzləşdim. Evdə çoxlu adam vardı. Hamı hüznlü görünürdü. Dayım keçinmişdi. Həyat yoldaşım məni kənara çəkib nəmli gözlərini siləsilə:

 

Bayaqdan pəncərənin qabağında dayanıb səbirsizliklə yolunu gözləyirdidedi. Birdən tüpürüb, sənin barəndə deyinə-deyinə, qanı-qara geri döndü. – Bu da bacımoğludedi. Mən neçə gündür burda zarıyıram o da içib keflənib küçənin ortasında qol götürüb oynayır... Bu sözləri eşidəndə yerimdəcə quruyub qaldım... isə bərk əsəbləşmişdi. Qəfil ürəyini tutdu. Onu tez çarpayısına uzatdıq. Bir göz qırpımında nəbzi dayandı...

 

lll

 

Dəfn mərasimindən neçə ay keçmişdi. İstidən nəfəs almaq olmurdu. Boz sərçələr yarpaqların arasında başını ora-bura təpirdi. Şəhərin mərkəzindən kənardakı bağda fəvvarələri seyr edə-edə gəzinirdim. Əlimdəki qəzetlə, tər axan açıq sinəmi, boğazımı yelpikləyirdim. Susuzluqdan dilim-dodağım təpimişdi. Yavaş-yavaş yaxınlıqdakı su budkasına tərəf yönəldim. Burdakı iki mərtəbəli kərpic binanın darvazası bağa açılır. Darvazanın qabağından keçəndə arxadan:

 

Mədət! –deyə kimisə məni çağırdı. Dönüb o tərəfə baxdım. Tanıdım, Ramazan idi. Çoxdan görüşmürdük. Onun harada işlədiyini bilmirdim. Söhbətdən məlum oldu ki, mərkəzi aptekin bu kərpic binanın altında yerləşən anbarının müdiridir. Əlində irili-xırdalı bir qom açar vardı. Görünür o, bu açarları əlində oynadıb, cingildətməyi adət etmişdi bundan həzz alırdı. Açarların həlqəsini barmağına keçirib, həvəslə fırladırdı. Çünki bu təkcə zirzəmi qapılarının yox, həm Ramazanın çörəyinin, ad-sanının, dolanışığının açarları idi. O, istəyirdi ki, bu açarlar həmişə onun gözünün qabağında olsun. Bəlkə o, könlündə mənə anlatmaq istəyirdi: “Görürsən , dostum, neçə-neçə bağlı qapının taleyi məndən asılıdır. İstədiyim vaxt açıram, istədiyim vaxt bağlayıram. olsun ki, Albert İsgəndərzadə hamımızın böyüyüdür ya başımızın ağasıdır. Qapının açarları ki, məndədir. Qapını açmaq üçün İsgəndərzadə mənə boyun əyməlidir. Anbar açarlarının sehrkar gücünü yalnız onu gəzdirənlər bilər. Bu açarlarda elə bir sirr vardır ki, o ən mötəbər idarə başçılarının qapısını açmağa qadirdir...

 

Ramazanla çoxdan görüşmədiyimiz üçün söhbətimiz xeyli uzandı.

 

Mən:

 

Sərin su olsa, içərdik, –deyib qabağında çoxlu boş Barjom, Sirab, Badamlı, Limonad şüşələri olan budkaya baxdım.

 

Ramazan:

 

cür sərin su istəsən məndə, –deyib əvvəlcə əlini sinəsinə qoydu, sonra anbarı göstərdi.

 

Həyət darvazasının ağır dəmir qapılarını aralayıb içəri daxil olduq. Ramazan qədimdə qayrılan bir neçə yerindən dəmir qurşaq keçən taxta qapını açıb işıqları yandırdı. Əvvəlcə iki stəkan Badamlı içdim. Zirzəmi tunel kimi uzanıb gedirdi sonu görünmürdü. Orda-burda pas atmış tibb avadanlığı, dərman  bağlamaları gözə dəyirdi. Marağım artdı. Bir neçə addım dibə tərəf addımladım. Qaranlıq olduğundan şeylər aydın görünmürdü. Ramazan iri arakəsmələrin arasından keçib o biri işıqların da düyməsini basdı. İri güclü lampalar anbarı işıqlandırdı. Küncdə üst-üstə, həm səliqəsiz halda yığılmış dərman şüşələri diqqətimi cəlb etdi. Bu çür dərman şüşələrinə haradasa rast gəlmişdim. Təəccüb məni götürdü. İrəli yeridim. İçərisində duru qaramtıl  rəngdə maye olan şüşələrin birini götürdüm. Üstünə yapışdırılmış etiketi oxudum. Naftalan kəlməsini görəndə gözlərimə inanmadım. İstədim Ramazana demədən bu nadir tapılan dərmanları qamarlayıb şalvar, pencək köynəyimdəki irili-xırdalı ciblərimə doldurum. Fikirləşdim ki, belə girəvə bir ələ düşməz. Ramazan fürsət versəydi, Naftalan şüşələrindən, hələ desən, bir neçəsini qoynuma yığardım. Bu dərmanlardan ötrü başım nələr çəkib?! Duruxdum: “Bəlkə məni qara basır? Yox, ola bilməz! Yəni günlərlə axtardığım Albert İsgəndərzadənin müsibətlə tapdığı axırda da yağışlı bir havada əlimdən düşüb sınan, məni dəli kimi oynadan Naftalandır bu?! Öz-özüməyox”, dedim, bu ağlasığan məsələ deyil. Yəqin çaşmışam. Gözlərimi ovuşdurdum düşündüm:  yəqin yenə yuxu görürəm? Bəlkə mən anbarda yox, evdə yorğan-döşəyin altındayam? Yenə həmişəki kimi yuxu görürəm?” Lap quruyub qaldım. Ramazan bir yerdə dayanıb gözümü şüşə yığınına zillədiyimi görüb mənə yanaşdı. Özümə inanmadığım üçün Ramazandan dərman dolu bu şüşələrin olduğunu soruşdum. Ramazan mənim sualımdan pərt oldu. Elə bil onun təzəcə rəhmətə gedən hələ qırxı çıxmayan atasının goruna söydüm. O, hövsələdən çıxdı. Barmağının arasında tüstülənən siqaretin kötüyünü dişlərinin arasında çeynəyib kənara tüpürdü.

 

Ramazandan soruşmağıma peşman oldum. O, acıqlı-acıqlı dərman şüşələrini göstərərək:

 

olacaq?! – dedi. – Naftalandır! Dörd ildən çoxdur yatıb qalıb. Gör qədər yer tutub. Albert İsgəndərzadəyə deməkdən dilimdə tük bitib. Neçə dəfə yalvarmışam ki, ə, bu Naftalandı, zibildi, əgər camaata lazımdırsa, payla apteklərə. Yox, lazım deyilsə silgi aktı yazaq, rədd edək getsin. Kimdi sözümə baxan?!  Bu qulağından alır, o qulağından verir. Özüm deyirəm, özüm eşidirəm. Bunun üstündə neçə dəfə mübahisəmiz olub. Axırda dalaşmışıq da. Hər dəfə bu barədə söhbət düşəndə deyir ki, baxarıq, baxarıq. Dörd ildir daş atıb başımı tuturam ki,  bu zibili rədd elə getsin! Anbarda yer yoxdur! Onda da mənə acığı tutur. Deyir ki, qan təzyiqim var, məni hirsləndirmə, öz işinə qarış. Başın girməyən yerə bədənini soxma. Mən etdiyimi özüm yaxşı bilirəm!

 

Ramazan ovcunu ağzına tutaraq:

 

Dillənmə deyir, mən dillənmirəmdedi. –Altda qalanın canı çıxsın. Dədəmin malı deyil ha! Deyirəm yəni bir ətək pul verib, dünyanın o başından əzab-əziyyətlə mal gətirmişik, verək apteklərə. Bir dərman ki, heç kəsin dərdinə yaramaya, əşşi, onu anbarda saxlayarlar?! Mən ölüm, özün de, saxlayarlar?!

 

Ramazan tərs-tərs mənə baxıb başını buladı:

 

Rəhmətliyin oğlu, – dedi, –xətrinə dəyməsin, sən lap mənim yaralı yerimə toxundun. Görməyəndə, yada salmayanda yenə sakit oluram.. –O, üzünü əks-tərəfə çevirib mənim qarama deyindi: – Sən söz danışdın . Bu şüşələr nədi?... bilim nədi! Get Albert İsgəndərzadədən soruş, gör nədi? Gözün görmür nədi? Zalım oğlu, elə bil birinci dəfədir Naftalan görür. Yenə yönnü bir dərman ola?! İyindən adamın zəhləsi gedir...

 

lll

 

Axşam yeyib-içib televiziya verilişlərinə baxırdıq. Mənim fikrim başqa yerdəydi. Hələ qırxı tamam olmamış mərhumun, çiyinlərdə gedən qara örtüklü ağır tabutun, onu əhatə edən hüznlü insanların müşayiəti ilə son mənzilə yola salındığı anları düşünürdüm. Birdən ekran dəyişildi. Son dəbdə geyinib-keçinmiş gənc diktor şən əhval-ruhiyyə ilə elan etdi:

 

İndi sizi, əməkdaşlarımızın mərkəzi aptekdən hazırladığı maraqlı bir süjetə baxmağa dəvət edirik.

 

Albert İsgəndərzadənin uzun illərdən bəri burada namusla, vicdanla işlədiyi, Hacıhəsənin müştərilərlə nəzakətli rəftarı sanki qibtə doğururdu.

 

Ovqatım korlandı. Elə bil havam çatmırdı. Təngnəfəs oldum. Papiros çəkmək üçün eyvana çıxdım. Fikirlərim düyünə düşmüşdü. Açılması Naftalanın tapılmasından da çətin olan düyünə.

 

Son

 

 





28.04.2014    çap et  çap et