Ombudsman Səbinə Əliyeva və Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.
Bu barədə 525.az-a Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, səfərin məqsədi uzun illər Ermənistanın işğal altında saxladığı bu ərazidəki mövcud vəziyyətlə yerində tanış olmaq, işğal dövründə minalanmış ərazilərə baxış keçirməkdir.
çap et