525.Az

Kölgən sənə baxar... Ağlar!- “Yüz Gözəl Sevgi Şeiri”


 

PƏRVİNin təqdimatında

Kölgən sənə baxar... Ağlar!- <b style="color:red">“Yüz Gözəl Sevgi Şeiri”</b>

Gözünü hansısa məchul bir nöqtəyə dikib düşünürsən... baş verib? olub? Suallar gəmirir beynini. Harda, zaman itirmisən onu, bilmirsən. əslində itirmisənmi? Allaha şükür, sağ-salamatdı, yerini bilirsən, əlin çatır ona. zaman istəsən görə, eşidə bilərsən. Bəs onda bu yasdı saxlamısan? Yaşayan bir adama matəm tutmağının səbəbi nədi? Zaman, mühit, şərait Sevgi İlahənə təcavüz edib. Zirvələrə ucaltdığın, ideallaşdırdığın o Qadın dəyişilib birdən. Gözlərinə baxınca, bircə dəfə əllərinə toxununca duydun  bunu. Üzündəki ifadə o deyildi, yox. Əlləri elə incə deyildi. Hələ gözləri, bircə baxışıyla ağlını başdan alan məsum, dopdolu, ağıllı gözləri... idi onlardakı işığı söndürən?! O ilıq, mehriban təbəssümün yerini özgə, yad, soyuq bir gülüş alıb. Əslində, itkilərin ən ağırıdı bu. Sevdiyin yanında ola-ola, gözünün içinə baxa-baxa yoxluğunu anlamaq, uzaqlığını hiss eləmək. birdən canını alan həsrət! Necə darıxırsan?! Özünə yer tapa bilmirsən. Onu axtarırsan, onu istəyirsən! Burdadı, yaxındadı, yerindədi, amma o deyil... Hətta bir az da gözəgəlimdi elə bil. Amma sanki ütülənmiş gözəllikdi bu. O təbii səliqəsizliyi, dağınıq saçları, rəngsiz-boyasız siması... hamısı ütülənib, rənglənib, hətta rəndələnib . Dərin bir qüssə bürüyür səni! Dərdini kimə deyəsən? Kiminlə bölüşəsən bu ağrını?! Yalnız özüylə. Özündən savayı kimsə həmdərdin ola bilməz. Çünki sənin gördüyünü, duyduğunu, o da duyur, bilir.

Xalq şairi Fikrət QocanınBu, sən deyilsən gözəlimşeiri sevdiyi qadının dəyişilməsindən, başqalaşmasından, yadlaşmasından dərdə düşmüş aşiqin kədərini ifadə edir. Şair qışqırır, üsyan edir, hay-küy salır. Elə sakitcə danışır. İndi yalnız xəyalında qalmış o Qadına müraciətlə başlanır şeir. Şair əslində, qarşısındakı yad qadınla yox, fikrində, ürəyindəki Sevgi İlahəsiylə dərdləşir.

Fikrət Qoca lirikasına xas zəriflik, alicənablıq, qadına münasibətdə hədsiz həssaslıq, kübarlıq bu şeirdə özünü göstərir. Mənəvi zənginliyini itirməkdə olan, (bəlkə artıq itirmiş!) maddiyyatın robotlaşdırdığı bir qadınla belə danışanda sözünü seçir şair. Əslində, hər şeyi deyir, ürəyində söz saxlamır. Amma necə deyir? Hansı ifadələr, hansı sözlərlə? Məncə, şeirin ən üstün cəhəti budur. Təsvirlərin orijinallığı, qüsurun özünün belə zərif ifadəsi! Şair gözləri boşalmış, beynini, düşüncələrini maddiyyat tutmuş qadınla eyhamla, bir az da ehtiyatla danışır. Axı, bu cilddə idi bir vaxt sevdiyi Qadın! Dilində sözlər çiçəkləyən Gözəl! Onun cildiylə belə kobud danışa bilməz...

Fikrət Qoca poeziyasının əsas cəhəti, sadə ifadələrlə dərin mətləbləri, fəlsəfi fikirləri çatdırması bu şeirdə çox maraqlıdı. Şair təəssüfünü gizlətmir, hətta gördüklərindən nəticə çıxarıb proqnoz da verir: bu bahar çiçəkləməyəcək, yarpaqlamayacaq dilində sözlər. Aşiq şəkli qalmış gözlərdən sezir bunu... Ürəkdəki qurumuş bulağı da apaydın görür. əslində, burda o içini dəyişmiş qadına baxıb ağlayan kölgə deyil, Şair özüdü... Çünki bu boyda itkiyə ağlamaqdan savayıçarəyoxdu!

Ağla, boşalt ürəyini...” – deyirlər, , ağla ağrını, əzabı boşalt, toxta, elə  sevgini ağlaya-ağlaya çıxart ürəyindən. Çünki əgər daşqalaq olunubsa, almazın, brilyantın altında qalıbsa, geriyə yol yoxdu. İtirmisən sevdiyini... Zaman, mühit, şərait Sevgi İlahənə təcavüz edib! Məğlubsan! Sakitcə, “Bu, sən deyilsən, gözəlim” – deyib get! 

Fikrət Qoca: Bu, sən deyilsən...”

Bu, sən deyilsən, gözəlim...
Üzündə gözlərinin şəkli qalıb.
Ürəyində quruyub dilinin kökü
Bu bahar çiçəkləməyəcək,
yarpaqlamayacaq dilində sözlər.
Bu bahar
kölgən sənə baxar
                       baxar, ağlar...
Ayağının altında kölgənin
göz yaşları.
Boynunda-boğazında
Fələyin qiymətli daşları.
olsun brilyantdı, almasdı...
Daş elə daşdı.
Səni daşqalaq eləmək olmazdı.
Bu, sən deyilsən, gözəlim!!!

 





28.04.2014    çap et  çap et