525.Az

Baş redaktorun yanaraq öldüyü hadisə ilə bağlı cinayət işi başladı


 

Baş redaktorun yanaraq öldüyü hadisə ilə bağlı cinayət işi başladı<b style="color:red"></b> Aprelin 26-da Bakı şəhərinin Suraxanı rayonunda “Mizan Tərəzi” qəzetinin baş redaktorunun yanaraq öldüyü hadisə ilə bağlı cinayət işi açılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi 149 ünvanında 1977-ci il təvəllüdlü Mehdiyev Natiq Qeys oğluna məxsus 200 kvadrat metr sahəli evdə baş verən yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. Cinayət işinin materialları araşdırılması üçün Suraxanı rayon Prokurorluğundan Bakı şəhər Prokurorluğuna göndərilib.
 
Lent.az-ın əldə etdiyi digər məlumata görə, Ağdam rayon Üçoğlan kənd sakini, “Mizan Tərəzi” qəzetinin baş redaktoru, 1989-cu il təvəllüdlü Sultanov Sadiq Arazxan oğlunun yanaraq öldüyü hadisənin baş verdiyi ev həmin qəzetin əməkdaşına məxsus olub. Bildirilir ki, Bülbülə qəsəbəsindəki ev “Mizan Tərəzi” qəzetində redaktor müavini vəzifəsində çalışan 1977-ci il təvəllüdlü Mehdiyev Natiq Qeys oğluna məxsus olub. S.Sultanov həmin evdə müvəqqəti yaşayırmış. Yanğın zamanı S.Sultanovun tüstüdən boğulduğu və evi tərk edə bilmədiyi bildirilir.
 
Qeyd edək ki, bir neçə gün əvvəl "Mizan Tərəzi" qəzetində baş redaktor Sadiq Sultanovun katibəsi işləyən qadın Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə şikayət edərək S.Sultanovun ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini bildirmişdi. Həmin müraciət əsasında da araşdırmalar davam etdirilirdi. 
 





28.04.2014    çap et  çap et