525.Az

Özü kimi olmaq hüququ


 

ELÇİNİN “ARZULAR, HƏYAT, ƏDƏBİYYAT” KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR

Özü kimi olmaq hüququ<b style="color:red"></b>

Birinci yazı

Bu günlərdəTəhsilnəşriyyatı Azərbaycan Xalq yazıçısı Elçinin müxtəlif illərdə yazdığı məqalə, esse, müsahibələrinin toplandığıArzular, həyat, ədəbiyyat” (“Meçta, jizn, literatura”) kitabını çap edib. Tanınmış yazıçı-publisist, millət vəkili Elmira Axundovanın kitab haqqında düşüncələriKaspiqəzetində dərc olunub. Maraqlı olacağını nəzərə alıb, həmin yazını tərcümə edərək oxucularımıza təqdim edirik.

Söz sənətimizin ustadı, Azərbaycan Xalq yazısı Elçin çox ağır məsuliyyətli hökumət işiylə məşğul olsa da, eyni zamanda bir an belə yaradıcı axtarışlarına ara vermir, bir əli həmişə ədəbi proseslərinnəbzininüstündədi; sovet dönəmində , müstəqillik illərində bu prosesin təməlçilərindən imkan daxilində onu sağlam məcraya istiqamətləndirənlərdən olub. Sözün xidmətində olduğu yarım əsrdən artıq bir dövrdə Elçinin qələmindən ədəbi prosesin bu digər məsələlərinə, ədəbi tənqidin problemlərinə, milli mədəniyyətimizin görkəmli nümayəndələrinə həsr olunmuş yüzlərlə məqalə, oçerk, esse çıxıb, müsahibələri dərc olunub. budu, artıq ustad yazıçının seçmə ədəbi-tənqidi yazılarından ibarət, hardasa toplu xarakterli növbəti  kitab qarşımızdadı. Həcmcə bu nəhəng kitabda ( az, çox, düz 900 səhifə) Elçin ədəbi tənqidinin az bir hissəsindən nümunələr toplanıb. Yeri gəlmişkən, kitabda toplanan məqalələr heç yalnız müstəqillik dövründə, son iki onillikdə yazılanlarla məhdudlaşmır, burada yazılma tarixi 1975, 1976, 1981-ci illər kimi qeyd olunan, yəni sovet dönəmində yazılan SSRİ-nin samballı dövri mətbuatında –”Literaturnaya qazetada, “Drujba narodovjurnalında, həmçinin Moskvada işıq üzü görənCazibə sahəsikitabında dərc olunan məqalələr yer alıb. Bilməyənlər ya unudanlar üçün deyim ki, XX əsrin 70-80-ci illərindən Elçin gənc istedadlı nasir olmaqla yanaşı, bütün sovet məkanında ən tanınmış tələb olunan ədəbi tənqidçi kimi qəbul edilirdi. O vaxtlarVoprosı literaturı”, yaxudLiteraturnaya qazetanın səhifələrində dərc olunan ümumittifaq səviyyəli ciddi ədəbi müzakirələrin biri onun iştirakı olmadan keçirilmirdi. O materialdan bəziləri, barəsində yazdığımız topluda da yer alıb. OnunSosial həqiqət dəbdə olan klişelər” (“LQ”, 1978), “Yallı şir olurmu” (“LQ”, 1980), “Özü kimi olmaq” (“LQ”, 1982) s. məqalələri bir vaxtlar ədəbi mühitdə hadisə olmuşdu, onları diqqətlə oxuyur, açıq diskussiyalar da daxil olmaqla müzakirə edirdilər. Ümumiyyətlə, o dönəmlərdə ədəbiyyat necə deyərlər, “şüurlara hakim kəsilmişdi”.

Elçinin sovet dövründə yazdığı məqalələri oxuyarkən,  sosialist realizminin yarandığı məkanın, SSRİ-nin özünün artıq mövcud olmadığı bir vaxtda otuz il əvvəlin yazılarının bu gün lazımlı olub-olmadığı sualına dərhal cavab tapa bilirsən. Cavab birmənalıdı: bu məqalələr nəinki lazımlıdı, hətta qədər paradoksal səslənsə belə, Elçinin tənqidi məqalələrində sovet dövrünün əsərləriylə bağlı irəli sürülən müddəalar indiki zamanda nəinki aktuallığını itirib, təəssüflər olsun ki, onlardan bəziləri daha da aktuallaşıb. “ üçünsualına dəlillərlə cavab verməyə çalışacağıq.

Əvvəla, Elçinin məqalələrində ədəbi konyukturadan əsər-əlamət belə yoxdu. Əvəzində prinsipiallıq, əsaslandırılmış fikirlər, coşğun müzakirələr, müasir ədəbi prosesə qeyri-adi baxış, geniş dünyagörüşü... var. ən əsasışəxsin kimliyindən asılı olmayaraqciddi tənqid var. Məsələn, “Molla, mənə kömək eləməqaləsində Elçin Azərbaycan hekayətçiliyinin zəif tərəflərini təhlil edərkən məxsusi qeyd edir ki, onun tənqidi təhlilinin hədəfinə istedadsız yazıçıların zəif əsərləri deyil, (onlarla bağlı məsələ gün kimi aydındı) istedadlı yazıçıların əsərləri düşəcək. Çünki Elçinin qənaətinə görə, əsl peşəkarların qələmindən çıxan məhsullara qarşı diqqətli olmaq  meyarları aşağı salmaq istəməyən tənqidin başlıca vəzifəsidi”.

İkincisi, Elçinin sovet dövründə yazdığı məqalələrdə XX yüzilliyin 60-80-ci illərini əhatə edən Azərbaycan ədəbiyyatı tarixini bütün güclü zəif tərəfləriylə, “boy artımı ağrılarıyla”, parlaq uğurlarıyla, “şəhərkəndnəsrinin fərqli cəhətləriylə, özü yeri gəlmişkən, nəhəng sovet məkanındaEstoniyada Belarusiyada, Ukraynada Gürcüstanda, Rusiya Latviyada yaranan ən yaxşı ədəbi nümunələrlə müqayisədə öyrənmək olar. Həqiqətən Arzular, həyat, ədəbiyyattoplusu ədəbiyyat tarixçiləri ilə yanaşı, ədəbi tənqidlə peşəkar məşğul olanlar üçün misilsiz mənbədi. Onlarınsaralıb-solmayanaktuallığının təsdiqi üçün Elçininsovetməqalələrindən bir neçə nümunə-iqtibas gətirirəm. Məsələn, “Şeir axını”, “ etməli?” (“Drujba narodov”, 1975) məqaləsində o, yazır:

“... Şeir yazmaq bizim qanımızdadı. Sizsə deyirsiz ki, bizdə şeir çox yazılır. “Çoxo söz deyil. Həddən artıq çox!..

Bəli, azərbaycanlılar şair xalqdı...

Amma məgər bu, o deməkdi ki, müasir dövrdə gərək hamı şeir yaza? Bu halda poeziyanın vəziyyəti necə olacaq?

Bizdə həddən artıq şeir yazılır, çünki şeir haqqında həddən artıq az yazılır. Az pis. Meyarlar itib... Yəqin ki,  diş fırçası, yaxud kokteyl çubuğu kimi qəti surətdə XX əsrin kütləvi tələbatına çevrilməli olmayan peşəkar poeziyanın yüksək nüfuzunu bərpa etmək lazımdı. Poeziyanın sehrli qapılarını bərpa etmək lazımdı. Çünki bu gün onlar istedadın sirli-sehrliAçıl, Sezam!” sözlərindən sonra açılmır, bu gün o qapılar yerə yıxılıb, toz-torpağın içindədi, kim istəyir, adlayıb keçir! Eynilə nəzarətçisi olmayan kinoteatrlara biletsiz keçən məktəblilər kimi...”

Diqqət edin, 1975-ci ildə qələmə alınan bu sözlər elə bil dünən yazılıb. Çünki bu gün tonlarla kağız makulaturasına çevrilən qeyri-peşəkar, diletant poeziyanın ölçüləri həqiqətən vahiməli həddə çatıb. yaradıcılıq sahəsində xüsusi hadisə olanhəvəskarlıqElçinin ədalətli qiymətinə görə, oxucuların tamaşaçıların bədii-estetik zövqünü boğan korlayan müasir alətə çevrilib.

Poeziyaləkələnib”, proza xeyli dərəcədə bozlaşıb budur, artıq Elçin (SSRİ- ilkinlərdən olaraq) ölkəni bürüyən rəngsiz, mədhiyyə tipli məqalə resenziyalarla (“Təhlil-dərin məsuliyyətliməqaləsi, “Voprosı literaturı”, 1981), yubiley tənqidi təsviranəresenziyalarla, azərbaycanlı tənqidçilərin ədəbiyyatşünasların şəxsi əlaqələri himayədarları olmamaları səbəbindən Moskvanın nüfuzlu ədəbi orqanlarında çap oluna bilməmələri s. ilə bağlı həyəcan təbili çalır.

Azərbaycan (həm təkcə Azərbaycan yox) ədəbi tənqidinin durumunu təhlil edən müəllif yazır:

Əlahəzrətbülbüloqraflarındüzüb-qoşduqlarını oxuyan məlumatsız adamda belə təsəvvür yarana bilər ki, bizdə yazılan bütün roman povestlər, şeir pyeslər xalis şedevrlərdən ibarətdi. Tənqid zəif roman povestləri, şeir pyesləri, film tamaşaları elə bil görmür, əslində isə özünü görməzliyə vurur. Amma məsələ təkcə zəif əsərlərin mədhində olsaydı, dərd yarıydı. Söhbət güclü əsərlərdən gedəndə məsuliyyətsiz, dayaz mədhiyyəçilər heç nəyə gərəkli olmur. Üstəlik, onlar bizim uğurları gözdən salırlar... Ümumiyyətlə, Şərq əndazəni aşan tərif sarıdan həmişə məşhur olub. İndi isə bizim inanılmaz həddə şişirtmək şakərimiz şimal-qərbəcən uzanıb”.

Deyilmi, sanki 1981-ci ildə yox, bu gün yazılıb? Bu məqalənin işıq üzü görməsinin üstündən 33 il keçib, amma bu geniş zaman məsafəsində ədəbi tənqiddə prinsipiallıq məsələsi daha da məyusedici olub. Həqiqətən indiki tənqidçilərə ədəbiyyatşünaslara öz məqalələrində Lev Anninski, Yuri Boldırev Bella Axmadulina kimi nüfuz sahibləriylə razılaşmamağacürətedən, hətta onları tənqid edən gənc Elçindən bu  prinsipiallığı öyrənmək lazımdı. Amma əlbəttə ki, bu prinsipiallıqdan xüsusənözümüzünkülər”, hətta görkəmli tanınmışlar da daxil olmaqla, daha çox azərbaycanlı ədəbiyyatçılarəziyyətçəkməli olublar.

Bununla bərabər heç kəs Elçini vətənpərvər olmamaqda, tələsik qərar çıxarmaqda qınaya bilməz. Çünki əsl peşəkarlara aydın idi ki, bu qətiyyət, bitərəf hökmlər istər poeziya, istərsə proza, yaxud dramaturgiya daxil olmaqla ədəbiyyatın bu ya digər sahələrindəki vəziyyətlə əlaqədar doğan narahatlıqdan qaynaqlanır. Eyni zamanda yazıçı məqalələrində istedadlı, nonkonformist əsərləri çılğınlıqla müdafiə edərək, “özü kimi olmaq” (“LQ”, 1982) ədəbi hüququnu qoruyub saxlayırdı.

Yeri gəlmişkən, Elçinin sovet dövründə yazdığı məqalələrin ən diqqətli xeyirxah oxucularından biri Azərbaycanın kommunist lideri Heydər ƏLiyev idi. Sonralar yazıçı özü bu haqda belə xatırlayırdı:

Bir vaxtlarLiteraturnaya qazetahansısa problem yaxud əsərlə bağlı müzakirələr aparmaqda hamıya örnək idi. Yadımdadı, 80-ci illərin əvvəllərində dərc olunan məqaləmdə mən bədii yaradıcılıqda milli bəşəri problemlə bağlı rusiyalı tənqidçi Yuri Boldırevlə çox kəskin polemikaya girmişdim. Axşamdan xeyli keçmiş o vaxtlar Mərkəzi Komitədə ideologiya üzrə katib işləyən Həsən Həsənov zəng edib mənə təxminən bu sözləri dedi: “Heydər Əliyeviç Krımda istirahət edir. O elə indicə mənə zəng edib sənə onun təbriklərini çatdırmağımı tapşırdı. O, sənin məqaləni oxuyub çox bəyənib. O, hesab eləyir ki, sən çox düzgün düşünürsən”.

Elçin o vaxtlar üzdə olan Azərbaycan yazıçıları arasında ciddi ədəbi-tənqidi məqalələrləLiteraturnaya qazetanın səhifələrində mütəmadi çıxış edən yeganə müəllif idi. Yeri gəlmişkən, o, tez-tez ədəbimətbəxinbu ya digər tərəfləriylə maraqlananLQoxucularından məktublar alır, elə həminLitqazetada onlara dolğun cavablar verirdi. Beləcə, “Yallı şir olurmu” (“LQ”. 1980), “Sxem? Həyat” (“LQ”, 1983) o vaxtlar çox məşhur olan xeyli sayda məqalələr yarandı ki, burada Elçin mürəkkəb yaradıcılıq psixologiyası, klassik müasir əsərlərdə təsvirin hadisənin, lirikanın dramın vəhdəti, süjetli süjetsiz nəsrin xüsusiyyətləri üstünlükləri, incəsənət əsərlərində milliliyin bəşəriliyin əlaqəsi üzərində öz düşüncələrini bölüşür. 

Elçinin ədəbi tənqidçi kimi yaradıcılığında yazıçılarla, özü təkcəyaxınyox, uzaq xaricin yazıçılarıyla dialoqlar xüsusi yer tutur. Belə ki, Rusiya yazıçısı V.Korobovla mübahisə zəminində Elçin, müəllifin öz əsərlərindəruhun dialektikasınıəks etdirmək, dinamik, kəskin süjetli nəsrə qarşı insanın daxili aləmini ortaya qoymaq hüquqlarını müdafiə edir (“LQ”, 1979); macar yazıçı Dyul Çakla söhbətində Elçin ədəbi tənqidin məğzi əsl təyinatı ilə bağlı kifayət qədər dəqiq yığcam münasibət bildirir: “Tənqidçi, həm əhəbiyyatı dərk etməkdə oxucuya, həm dünyanı dərk etməkdə yazıçının özünə yol göstərmək bacarığına malik olmalıdı” (“LQ”, 1983). Tunisli ədib Mustafa əl-Farsi Qana şairi Atukvey Okayla söhbətlərində isə indi müxtəlif ölkələr üçün aktual olan ədəbiyyatda iki dillilik mövzusuna toxunulur. Elçin A.Okaya deyir: “Sən Qana şairisən. Sənin əsərlərinin lirik qəhrəmanı Qana, böyük mənada isə bütün Afrikadı. Odur ki, bu məqamda istər-istəməz yazıçı qarşısında ən acı ağır sual yaranır: öz xalqın səni başa düşürmü?” (“LQ”, 1987). Özünün sonrakı esse məqalələrində Elçin dəfələrlə bu mövzuya müraciət edərək, belə bir ədalətli nəticəyə gəlir ki, yalnız həm kökündən ayrılmadan öz xalqının dilini, tarixini, adətlərini bilən, həm Avropa, dünya mədəniyyətinin ən yaxşı ənənələrini özündə cəmləməyi bacaran yazıçı dünya yazıçısı səviyyəsinə yüksələ bilər.

Elçinin məqalələri nəinki maraqlı, həm ibrətamizdi. Çünki bu məqalələrdən birində belə ədəbi regionçuluqdan, əyalətçilikdən, qapalılıqdan əsər-əlamət  yoxdu. Müəllif öz düşüncələrində böyük yazıçı ordusuna müraciət edərək, sərbəst şəkildə Y.Trifonovdan F.Abramova, İ.Drutsedən Ç.Aytmatova, S.Əhmədovdan M.İbrahimbəyova keçir. Elçinin məqalələrində olan əsas cəzbedici məqam mütaliə genişliyi, tənqidçinin ədəbi savadı, ümumittifaq səviyyəli ədəbi prosesə qoşularaq, onun genişliyi daxilində aparılan diskussiyalardı. Özü bu, təkcə sovet dövrünü əhatə etmir.

1987-ci ildə Elçinin MoskvadaCazibə sahəsikitabı işıq üzü gördü. Ümumittifaq oxucusu üçün Elçinin ədəbi tənqidi yazılarıyla yanaşı, onun Azərbaycanın görkəmli şairləri, yazıçıları, ictimai xadimləri haqqında yazdığı esseləri hadisəyə çevrildi. Bu oçerk-esselərdə Elçin əsl sənətkarın üzərinə düşən maarifçilik missiyasını yerinə yetirərək, yalnız öz orijinal söz yaradıcılığıyla kifayətlənmədən geniş oxucu kütləsini ona qədər yaranan millətin mənəvi xəzinəsi sayılan əsərlərlə tanış etməyi özünün vətəndaşlıq borcu hesab edir. M.Müşfiq R.Rza, M.F.Axundov C.Cabbarlı, Ü.Hacıbəyov O.F.Nemanzadə, M.Ə.Sabir S.Vurğun barədə onların istedadlı xələfinin qələmindən çıxan portret-esselər Azərbaycan xalqının ədəbi ənənələrinin zənginliyi rəngarəngliyi barədə təsəvvürlərin açıq-aydın təzahürüdü. Bütün bu esselərin içindən qırmızı xətlə belə bir fikir keçir: bu misilsiz sərvətə həssas qayğı ilə yanaşılmalı, tarixə -qara rənglərdə baxmağa son qoyulmalıdı.

Elçin keçmişə münasibətimizə yenidən baxılmalı olduğunun vacibliyini deyən ilk yazıçılardan idi ilk dəfə ən populyar ümumittifaq mətbu orqanların səhifələrində A.Ağayev, Ə.Hüseynzadə, Ümmül Banu (Banin) başqaları barədə məhz o yazmışdı. Azərbaycan əsilli Fransa yazıçısı Ümmül Banu haqqında ayrıca esse yazmış həmin yazı daLiteraturnaya qazetada işıq üzü görmüşdü (26 iyul, 1987). Beləcə, Elçin SSRİ miqyasında olan nüfuzu populyarlığı sayəsində yalnız öz əsərlərinə deyil, daha çox haqsız olaraq unudulmuş istedadlı sələflərinin adlarının dirilməsinə yol açırdı. xalqın mənəvi sərvətinin qorunması kimi missiyanı üzərinə götürdüyü üçün ona əlbəttə ki, böyük minnətdarlıq düşür.

Dünya, tipoqrafik işarələrin qarmağında” (“LQ” 1986) adlı məqaləsində Elçin etiraf edir ki, ardıcıl surətdə tənqidçi kimi çıxış edən yazıçı-sənətkar obrazı onu çoxdan düşündürür. Elçinin fikrincə, eyni zamanda həm tənqidçi olan belə yazıçılarda olan parlaq şəxsiyyətçilik, hər şeyə fərdi, təkrarsız baxış onları başqalarından fərqləndirir. Bu məqalədə Elçin məğzi etibarilə əsassız təriflərdən boş mədhiyyələrdən uzaq olan ciddi tənqidin əsas vəzifəsini formulə edir. Elçin yazır: “Yazıçı üçün ən doğma qiymətli şey başa düşülməkdi. Onun bədii dünyasının başa düşülməsidi”.

Belə ciddi, dərin düşüncəli tənqidçilərdən biri öz ədəbi məqalələriylə qələm yoldaşlarını düzgün istiqamətləndirən, gələcək yaradıcılıq yollarını müəyyənləşdirməkdə, bədii axtarışlarında dünyanın bədii dərkində yeni üfüqlər açmaqda onlara yardımçı olan Elçin özüdü. Elçinin sovet dövrünü əhatə edən ədəbi-tənqidi irsinin tarixi əhəmiyyəti əbədi qiyməti məhz elə bundadı.

(Ardı gələn şənbə)

 





28.04.2014    çap et  çap et