525.Az

Teslanın bazar dəyəri rekord həddə çatdı


 

Teslanın bazar dəyəri rekord həddə çatdı<b style="color:red"></b>

Teslanın bazar dəyəri 1 trilyon dolları ötüb.

“Hertz” şirkətinin elektrikli avtomobil icarəsi xidmətinə investisiya etmək qərarından sonra Teslanın səhmləri 9 faizdən çox artıb. Səhm dəyəri 1000 dollara yaxın olan Teslanın bazar dəyəri ilk dəfə 1 trilyon dollara çatıb.

Qeyd edək ki, ABŞ-ın avtomobil icarəsi şirkətlərindən biri olan Hertz, bu gün elektrik avtomobil parkını genişləndirmək üçün 2022-ci ilin sonuna qədər 100.000 Tesla avtomobili sifariş etdiyini açıqlamışdı.

El Roman

 





27.10.2021    çap et  çap et