525.Az

Qadınlar zamanın yaddaş cədvəlində


 

Qadınlar zamanın yaddaş cədvəlində<b style="color:red"></b>

Qadınlar haqqında yazılan ədəbi musiqi əsərlərinin sayı-hesabı yoxdur. Qadın ana kimi, məhəbbət ünvanı hədəfi kimi tarix boyu pərəstiş, tərənnüm obyekti olmuşdur. Bəşər övladının, sivilizasiyanın meydana gəlməsində, böyüməsində inkişaf etməsində analar, bitkini qidalandıran torpaq kimi böyük qüdrətə malik olmaları ilə, həm cəmiyyətin təşəkkülündəki iştiraklarında kişilərdən heç geridə qalmamaları ilə öyünə bilərlər.

Monogenezis nəzəriyyəsinə görə Həvva bəşəriyyətin ilk anası hesab olunur bu mülahizə Bibliyadan irəli gəlir. Bibliyanın iddiası üzrə olan zaman məkan hədlərində bəlkə bu fikirlə razılaşmaq olar, çünki bu müqəddəs kitab dünyanın insanın meydana gəlməsi barədə elmi tələblərə əsaslanmayan müddəalar irəli sürür, həm ali məməlinin yaşını çox kiçildir. Əslində isə, hominidlərin daha yüksək növü olan dik gəzən insanın milyon illə ölçülən yaşı vardır. Onun əcdadı olan erkən dəqiq hominid qalıqlarının isə əsasən 4 milyon il, bəzən hətta 5,5 milyon il yaşı olduğu müəyyən edilmişdir.

İnsanlar digər növlərdən daha ağıllı qabiliyyətlərə malik idi, dili alətlərdən geniş istifadəni inkişaf etdirmişdilər. Bu növ 2 milyon il əvvəl güman ki, Afrikada avstralopitekdən inkişaf etmişdi. Onlar təkamülə məruz qalıb, qida toplamaqda onu bölüşdürməkdə birgə fəaliyyət göstərmişdilər, alətlər düzəldib ondan istifadə etmişdilər, əlaqələri yaxşılaşdırmış, körpəyə qayğı uşaqların öyrədilməsi müddətini tərəqqi qaydasında genişləndirmişdilər. Axırıncı fəaliyyət növündə isə əsas ağırlıq qadınların çiyninə düşürdü.

Homo-nun (insanın) dörd adda növü mövcud olmuşdur, onlardan üçü məhv olub sıradan çıxmışdır. Homo habilis (bacarıqlı insan) Şərqi Afrikada güman ki, başqa bir çox yerlərdə 2-1,5 milyon il əvvəl meydana gəlmişdir. Ondan sonrakı növün daha böyük bədənə malik olduğu güman edilir.

Homo erectus-undik gəzən növün 1,8-1,6 milyon il əvvəl meydana gəldiyi güman edilir. İlk iki növ 1,7-1,5 milyon il əvvəl yoxa çıxmışdır. 700 min il əvvəl isə dik gəzən insan Afrikadan kənara çıxmış, onların qalıqları hətta Yava adasında Çində tapılmışdır. Burada oddan istifadə edilməsi şəhadətləri vardır.

Homo sapienczəkalı insan ya bizim öz növümüz, Neandertal insanı (Avropada, Yaxın Şərqdə) kimi iri üzlü formalara malik idilər. Onlara yaxın olanlar Afrikada Asiyada olmuşdular.

Ən müasir insan olan Homo sapienc sapiencdaha zəkalı insan ilk dəfə Afrikada 100-120 min il əvvəl meydana gəlmişdi, azacıq sonra isə Yaxın Şərqdə peyda olmuşdu. Sonrakı növlər (40 min il bundan əvvəl) sümükdən, fil sümüyündən daşdan əvvəlkilərdən daha mürəkkəb olan, ixtisaslaşmış alətlər düzəldirdilər. 10 min il bundan əvvəl Homo sapienc sapienc Antarktida istisna olmaqla, bütün qitələrdə məskunlaşmışdı. Kənd təsərrüfatı, heyvanların əhliləşdirilib ev heyvanlarına çevrilməsi sivilizasiya kimi, daha yaxın vaxtlarda isə sənayeləşmə əhalinin sayının partlayış şəklində artması da daxil olmaqla sonrakı inkişaflar baş vermişdir.

Mövcudluğu yüz min illəri əhatə edən insanın onun yaşadığı dünyanın yaşının altı min ilə kiçildilməsi müqəddəs kitabın ehkam kimi qəbul edilən müddəalarına şübhə yaratmaya bilmir. Tarixin başlandığı yer kimi qəbul edilən Şumerdən qalan təkcə yazılı məlumatların isə beş min ilə yaxın yaşı vardır. Zəkalı insanlar yazını icad edənə qədər on min illərə bərabər olan tarixi yol keçmişdilər. Ona görə milyon ildən az yaşı olmayan insanın meydana gəlməsi tarixinin onun məskunlaşması coğrafiyasını çox kiçildilməsinə görə bəşəriyyətin yeganə ananın övladları olması ideyasının da yararsız olması düşüncəsindən qaçmaq olmur.

İlkin insanlar təbiətlə mübarizədə böyük çətinliklərlə üzləşirdilər. Bu işdə qadın zəif məxluq olaraq qalırdı. Lakin onun nəsli artırmaq sahəsindəki fəaliyyəti nəzərə alınaraq icma ona daim qayğı göstərirdi. Yeni nəslin boya-başa çatması da əsasən anadan asılı olurdu, sağlam olmayan, bədəncə zəif olan uşaq lazımınca inkişaf edə bilmirdi. Ana öz övladını müstəqil həyata hazırlamaqda da müstəsna rol oynayırdı. Hətta qrup şəklindəki ailələrdə uşağın mənsubluğu ana xəttinə görə müəyyən olunurdu; axı atanın kim olduğu qarışıq cinsi əlaqələr ucbatından dəqiq bilinmirdi. Uşağın anaya görə hansısa nəslə, xalqa aid olması indi müasir yəhudilərdə həmin millətə mənsubluq nişanəsi kimi qalmaqda davam edir.

Qadınlar əks cinsə görə əxlaqi saflıq, təmizlik rəmzləri hesab edildiklərindən dini simvolların mühafizə edilməsi onlara həvalə edilirdi. Qədim Romada ev-ocaq ilahəsi olan Vestanın müqəddəs odunun qorunub saxlanması bakirə qızlaravestalkalara etibar edilirdi onlara təcavüz ən ağır cinayət hesab edilirdi.

   

Miflərdəki qadınlar

Sparta qadınları

   

Qadınlar həm məhəbbət simvolu, eşq ünvanı hesab edilirdilər. Əks cinsdən olanlar qadına bəslənən yüksək hiss hesabına sadəcə əvvəlki adi erkək cinsin nümayəndələri olmayıb, kişilərə çevrilirdilər. Kişi cinsinə mənsub olanlar qadının hissi ilə mükafatlandıqda özlərini xoşbəxt hesab edir, hər cür sınaqlara hazır olmaları ilə öyünürdülər.. Qadına sitayiş həm ilahələrə bəslənən ehtiram şəklində, həm məhəbbəti dadmağa çatmağın yollarından biri kimi meydana çıxırdı.

Qədim yunan mifologiyasının çox sayda allahları arasında məhəbbət gözəllik ilahəsi Afrodita (qədim romalılar onu Venera adlandırırdılar) xüsusi yer tuturdu. Lakin bu ilahəni təmiz namus, sədaqətli məhəbbət nümunəsi kimi qəbul etmək düzgün deyildir, çünki əriaxsaq Hefestə xəyanət edib, Areslə intim yaxınlıq etməyə başlamış ondan Erot adlı oğlunu doğmuşdu.

Ümumiyyətlə, qədim yunan allahları monoqamiyanı tanısalar da, ona əməl etmək nümunəsi göstərmirdilər, onlar eşq macəraları barəsində heç bir məhdudiyyət hiss etmirdilər. Ali allah Zevs başda olmaqla kişi cinsindən olan Olimp allahları nikah, qadınla intim əlaqəyə girmək üçün heç bir maneə ilə rastlaşmırdılar. Onlar ilahələrlə, istənilən öləri qadınla cinsi yaxınlıq etməkdən çəkinmir, bu sahədə hansısa bir qaydanın mövcudluğunu da qəbul etmirdilər. Ona görə onlar qaydasız əlaqələrdən dünyaya çoxlu övlad gətirirdilər. Əslində bu mifologiyadakı qadınları da öz ərlərinə bəslənən sədaqət nümunəsi hesab etmək olmazdı, onlarda kiçik bir ehtiras qığılcımı meydana gəldikdə, bu, sönməyən alova çevrilirdi bütün hədləri yandırıb məhv edə bilirdi. Onlar öz qadın təbiətinin təkcə haray çəkən səsinə deyil, kiçik bir çağırışına da çox həssaslıqla yanaşırdılar, özlərini asanlıqla şəhvətin əsirlərinə çevirirdilər. Onlar həm bu məsələdə gücsüz olduqları qənaətinə gəlirdilər, yaxşı bilirdilər ki, ali yunan allahı Zevs eşqə düşdükdə, hansısa bir qadınla yaxınlıq etmək istədikdə heç bir maneə tanımır, hətta ən ağlasığmaz yollarla da öz məqsədinə nail olur. Əlbəttə, Zevsi yaxınlıq etdiyi qadınların sayına görə tarixdəki İsrail çarı Solomonla, Çin imperatorları, türk sultanları ilə müqayisə etmək olmaz. Birincinin arvadlarının sayı, hər üçünün kənizlərinin hərəmlərinin ayrılıqda miqdarı Zevsin təxəyyülünün kasıblığını nümayiş etdirərdi. Türk sultanlarının hərəmxanalarında 400 hərəm olurdu, rekord rəqəm isə 1600-ə bərabər idi.

Zevs öz bacısı olan arvadı Heradan savayı İonu, Letonu çoxlarını özünün kükrəyən ehtirasını bölüşməyə sövq etmişdi. Sparta çarı Tindareyin arvadı Leda ilə yaxınlıq etmək üçün özünü qu quşuna çevirmiş, Leda Zevsdən füsunkar Yelenanı Dioskurları doğmuşdu. Bu həmin Yelenadır ki, Sparta çarı Meneların arvadı olduğu halda, uzaqdan qonaq gəlmiş Troya printsi Parisə qoşulub qaçmış, Troya müharibəsinin gözəl İlion şəhərinin dağılmasının baiskarı olmuşdu.

Zevsin şəhvəti alovlandıqda, onu söndürmək üçün istənilən vasitəni yararlı hesab edirdi. O, Finikiya çarının gənc qızı, sahildə gəzən Yevropanı ələ keçirmək üçün özünü əl öküzünə çevirmiş, onu belinə götürüb, dənizdən keçirərək Krit adasına gətirmişdi. Adada onunla yaxınlıqdan Yevropa üç övlad dünyaya gətirmişdi. Yaxud, Zevsin təcavüzünün qorxusundan Danaya yerin altındakı zindanda gizlədilmişdi. Lakin bu üsul da qızın bəkarətini xilas edə bilmədi. Zevs qızın üzərinə düşən qızıl yağış şəklində buraya girdi həmin yaxınlıqdan Danaya dünyaya Perseyi gətirmişdi.

Öz gələcək bənzərləri kimi Zevs çarpayısına uzandırdığı ya başqa yollarla yatağına girdiyi qadınların hesabına çox sayda övladlara malik idi. Avropada gələcək bastardlar (haramzadalar) ordusunun meydana gəlməsində yəqin ki, Zevsin bol eşqli digər allahların da təsiri az olmamışdır.

Qədim yunan mifologiyasındakı Medeya özünü bütünlüklə məhəbbətə qurban verməsinə görə digər qəhrəmanlardan fərqlənir. Əsatirə görə, Medeyanı dünyada hər şeyə hazır olmağa qadir edən məhəbbətindən güclü bir məhəbbət yox idi ondan yüksəkdə dayanan sevən bir qadın obrazı da olmamışdır. Burada qadın hissi kosmik, ilahi bir miqyas kəsb edir. Məhəbbətin qüdrəti qarşısında mümkün olan hər şeyin sərhədləri yoxa çıxır. Lakin hər bir qızğın məhəbbət kimi, onun da faciəvi tarixçəsi vardır.

Devrilmiş çarın oğlu Yason öz komandası olan arqonavtlarla birlikdəArqogəmisində uzaq Kolxidaya yollandı ki, orada sehrli qızıl yunlu dərini ələ keçirsin. Bu qoyun dərisi öz sahibi üçün hər şeyə nail olmaq təminatı verirdi. Hakimiyyəti qəsb etmiş ahıl yaşdakı əmisi bu dərinin köməyi ilə taxt-tacı ona qaytarmalı idi. Qızıl yunlu dərini əldə etməyin özü o qədər asan məsələ deyildi.

Kolxida çarı bildirdi ki, əgər bu, Yasona çox lazımdırsa, ona hər cür kömək göstərməyə razılıq verir. Bircə şərtlə ki, qoy o, burnundan od püskürən öküzlərlə sahəni şumlasın ora əjdahanın dişlərini səpsin. Bunları etsə, o, qızıl yunlu dərini alacaqdır.

Lakin öküzlər ətrafındakı hər şeyi yandırırdılar. Bu, Yasonun da sonu ola bilərdi. Çarın qızı Medeya isə artıq ona vurulmuşdu. Qız ona adamı oddan qoruyan sehrli maz verdi. Yason sahəni şumladı bundan sonra tarlaya səpdiyi dişlərdən bir andaca dəhşətli döyüşçülər çıxdı, onlar məğlubedilməz ölməz əsgərlər kimi çox təhlükəli idilər. Ancaq Medeya Yasona elə daş verdi ki, bu daşı o, həmin döyüşçülərin dəstəsinin üzərinə atanda, onlar bir-birinin üstünə cumub, özləri özlərini məhv etdilər.

Medeya qızıl yunlu dəriyə sahiblikdən atasının, ailəsinin, ölkəsinin xalqın rifahının tam asılı olduğunu bildiyindən, dərini qoruyan əjdahanı cadugər baxışları ilə yatırdıb, onu oğurlamaqda sevgilisinə kömək etdi Yasonla birlikdə gəmiyə oturub, vətənindən qaçdı. Onları qovanlar gəmiyə çatırdılar.

(Ardı var)

 





28.04.2014    çap et  çap et