525.Az

Dövlət rüsumları inflyasiya səviyyəsinə uyğun indeksasiya ediləcək


 

Dövlət rüsumları inflyasiya səviyyəsinə uyğun indeksasiya ediləcək<b style="color:red"></b>

Azərbaycanda dövlət rüsumları inflyasiya səviyyəsinə uyğun indeksasiya ediləcək.

525.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihədə dövlət rüsumlarının tam olaraq büdcəyə köçürülməsi də əksini tapıb.

Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 





28.10.2021    çap et  çap et