525.Az

Azərbaycanın turizm potensialı Türkiyədə tanıdılıb


 

Azərbaycanın turizm potensialı Türkiyədə tanıdılıb<b style="color:red"></b>

Oktyabrın 27-28-də Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) Antalya Turizm Sərgisində iştirakı çərçivəsində 30-a yaxın şirkətlə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilib.

Bu barədə 525.az-a ATB-dən məlumat verilib. Məlumata görə, Azərbaycana səyahət təşkil edən, eləcə də ölkəmizə tur təşkil etməyi planlaşdıran şirkətlərlə keçirilmiş görüşlər zamanı onlara Azərbaycanın, xüsusilə işğaldan azad olunmuş torpaqların turizm potensialı, müalicəvi turizm və ekoturizm məhsulları haqqında məlumat verilib.

Bundan əlavə, Türkiyənin bir sıra turizm reklam və media şirkətləri ilə görüşlər keçirilib, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

2019-cu ildən etibarən hər il keçirilən sərgiyə bu il 25 fərqli ölkədən 2 minə yaxın iştirakçı qatılıb.

Bu ilin sentyabr ayında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 20 186 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44.6% artım deməkdir.

 





28.10.2021    çap et  çap et