525.Az

Yaponiyada uçan motosiklet satışa çıxarılıb


 

Yaponiyada uçan motosiklet satışa çıxarılıb<b style="color:red"></b>

Yaponiyada "ALI Technologies" şirkəti tərəfindən hazırlanan uçan motosiklet 680 min dollar qiymət ilə satışa çıxarılıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, “XTurismo Limited Edition" adlanan motosiklet bir dəfə doldurulmaqla 40 dəqiqə ərzində saatda 100 km sürətlə uça bilir. Tokioda yerləşən elektronika nəhəngi "Mitsubishi" və yapon futbolçu Keisuke Honda tərəfindən dəstəklənən təşəbbüs 2022-ci ilin ortalarına qədər bir nəfərlik 200 uçan motosiklet istehsal etməyi hədəfləyir.

"XTurismo Limited Edition"da biri şərti və biri akkumulyatorla işləyən dörd mühərrik var.  

El Roman 
 

 





28.10.2021    çap et  çap et