525.Az

Sabiq prezidentin daha 683 tərəfdarı ölüm hökmünə məhkum edilib


 

Sabiq prezidentin daha 683 tərəfdarı ölüm hökmünə məhkum edilib<b style="color:red"></b>

 Misirdə daha 683 nəfər ölüm hökmünə məhkum edilib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, "Müsəlman Qardaşları"nın lideri Məhəmməd Badi daxil olmaqla, Misir məhkəməsi 683 nəfərə ən ağır cəza verib.
 
Keçmiş prezident Məhəmməd Mursinin tərəfdarlarına ötən il polis bölməsinə hücum ittihamı irəli sürülüb.
 
Qeyd edək ki, bu ilin martında Məhəmməd Mursinin daha 529 tərəfdarı ölüm cəzasına məhkum olunub.

 





28.04.2014    çap et  çap et