525.Az

“Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib


 

“Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsil pilləsinin (kollec) təşikaltçılığı ilə “Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib. 

525.az xəbər verir ki, tədbirdə BXA-nın rəhbərliyi, tələbə-müəllim heyəti, Vətən müharibəsi iştirakçısı olan akademiya məzunları, Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrin polkovniki şəhid  İlqar Mirzəyevin, Vətən müharibəsi şəhidləri Muxtar Qasımlının və  Teymur Abbasovun ailə üzvləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan BXA kollecinin direktoru Tahir Eynullayev iştirakçıları salamlayıb. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

T. Eynullayev xalq və ordumuzun bir bayraq, amal uğrunda birləşərək, qazandığı qələbə ilə böyük fəxr duyduğunu bildirib:

“Vətən müharibəsinin qalibi olaraq, qələbə sevincini yaşayırıq. Böyük igidlik və qəhrəmanlıqla torpaqlarımız düşməndən azad olundu. Xalqımızın şərəf tarixini yazan müzəffər ordumuza və müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevə bir daha təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə şəfa, şəhid ailələrinə səbr versin”.

Tədbir ərzində BXA-nın tələbə və müəllimlərinin ifasında  müxtəlif musiqi nömrələri nümayiş etdirilib.

Daha sonra Vətən müharibəsi şəhidlərinə həsr olunmuş esse müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Müsabiqədə I yerin qalibi İbrahimli Zərifə, II yerin qalibi Eyvazlı Səməd, III yerin qalibi isə Nurəddinli Rəfail seçiliblər. 

Eyni zamanda, 44 günlük Vətən müharibəsində iştirakına görə BXA məzunları Musayev Musa, Nağıyev Orxan, Mirzəzadə Valeh və Osmanlı Sənan akademiya tərəfindən “Təşəkkürnamə” ilə, tədbirin təşkilatçılığında göstərdikləri fəallığa görə müəllimlər Qurbanova Aygül, Haqverdiyeva Mehriban “Fəxri Fərman”la, “Zəfərimiz qürurumuzdur” adlı tədbirdə iştirak etdiyinə görə Cəfərli Elnur, Kərimov Famil, Mahmudov Nicat,Quluzadə Elvin və Əliyeva Fatma “Təşəkkürnamə” ilə təltif ediliblər.

Sonda Milli Qəhrəmanı İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva, şəhid Muxtar Qasımlının atası Əli Qasımlı, şəhid Teymur Abbasovun həyat yoldaşı Sonaxanım Abbasova çıxış edərək doğmalarının Vətən uğrunda şəhidlik zirvəsinə ucalmalarından qürur hissi duyduqlarını bildiriblər. 
Onlar şəhidlərə göstərilən diqqətə görə, BXA kollektivinə təşəkkürlərini bildiriblər. Onlar gənclərimizi Vətənin hər zaman keşiyində durmağa, vətənpərvər olmağa çağırıblar. 

Qeyd edək ki, tədbirdə tələbələ və şagirdlərin əl işlərindən ibarət sərgi, 44 günlük Vətən müharibəsinə həsr olunmuş videorolik də nümayiş olunub.

 





29.10.2021    çap et  çap et