“Ukraynada baş verən hadisələrin tezliklə qarşısı alınmasa, bu olaylar siyasi və sosial partlayışa səbəb olacaq”.
APA-nın məlumatına görə, bunu Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Moldovanın sabiq prezidenti Pyotr Luçinski (Petru Lucinschi) deyib.
P. Luçinski bildirib ki, bu gün Ukraynanın Rusiya ilə yaşadığı ciddi gərginlik Moldova kimi ölkələrə siqnaldır: “Biz tələb edirik ki, BMT təcili iki prinsip – ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipləri arasında konkretləşdirmə aparsın. Əks halda, tezliklə bölgəmizdə, eləcə də dünyada çoxlu dövlətlər yaranacaq və biz da bu dövlətlər arasında baş verən qanlı toqquşmaların məyus şahidləri olacağıq. Bu gün Rusiyanın həyata keçirdiyi siyasət bunun bariz nümunəsidir və başlanğıcıdır. Etiraf edim ki, mən və mənim dövlətim bundan çox narahatıq. Bu, bizim sonumuz deməkdir”.
çap et