525.Az

Yaşayış binasında yanğın baş verib - Foto


 

Yaşayış binasında yanğın baş verib - <b style="color:red">Foto</b>

Yeni Yasamalda yanğın hadisəsi baş verib.

525.az xəbər verir ki,  bu gün səhər saatlarında radələrində Yeni Yasamal, Əsəd Əhmədov küçəsində yerləşən "Etalon" Yaşayış Kompleksində yanğın baş verib. Hadisə yerinə cəlb olunan FHN-nin Yanğından Mühafizə İdarəsinin briqadaları blokların birinin şaxtasında baş verən yanğının genişlənməsinin və mənzillərə keçməsinin qarşısını alınıb.

Yanğınsöndürənlərin və polislərin köməyi ilə blokun sakinləri təxliyə edilib. Hadisə zamanı  ölən və yaralanan olmayıb.

Qeyd edək ki, bu yaşayış kompleksində bir neçə ay əvvəl də yanğın baş vermişdi.

 
 

Məhəmməd Tağıyev

 

 





30.10.2021    çap et  çap et