525.Az

Bəşər Əsəd yenə prezidentliyə namizədliyini irəli sürüb


 

Bəşər Əsəd yenə prezidentliyə namizədliyini irəli sürüb<b style="color:red"></b>

Suriya prezidenti Bəşər Əsəd bu il iyunun 3-də keçiriləcək prezident seçkisində iştirak etmək qərarını rəsmiləşdirib və namizədliyini irəli sürüb.

“Media forum” saytı xəbər verir ki, Bəşər Əsədin qərarını aprelin 28-də parlament sədri Məhəmməd əl-Lyaxxam açıqlayıb.

Bəşər Əsəd 2000 və 2007-ci illərdə prezident seçilib. 1971-2000-ci illər arasında isə Suriya prezidenti postunu onun atası Hafiz Əsəd tutub.

2011-ci ilin mart ayında Əsəd sülaləsinin hakimiyyətdən getməsi tələbi ilə başlayan xalq hərəkatı sonradan vətəndaş müharibəsinə çevrilib, yüz minlərlə insan həlak olub.

 





28.04.2014    çap et  çap et