525.Az

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Parlamentosunda və Azərbaycan Milli Şurasındakı çıxışları


 

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Parlamentosunda və Azərbaycan Milli Şurasındakı <b style="color:red">çıxışları</b>

Məhəmməd Əmin Rəsulzadənin Əsərləri

V  cild

 (1918 – aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov

Transliterasiya redaktorları:professor  Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)   

   (Əvvəli ötən şənbə saylarımızda)

 Hanki ümidlə?

Azərbaycan istiqlalının yeni bir səhifəsi vərəqlənir. Şurayi-Milli açılır... Şurayi-Milli açılır...

Bu sədayi eşidən azərbaycanlı əndişəsiz degildir. Düçar olduğu bu qədər müsibətlər, giriftar olduğu bu qədər fəlakətlər kəndisində bir növ yas naümidlik törətmişdir.

Mart hadisələrini görən, hürriyyət, ədalət millətlərə həqqi-müsavat vəd edən adamların birər cani, qatil cəllad kəsilərək su əvəzinə qan axıtdıqlarına şahid olan sentyabr müzəffəriyyətinin bütün şədaid nəhslərini duyaraq qurbanlar verən, hərb zərbin, səfalət fəlakətin, daxili müharibələrin bütün müsibət ələmlərini çəkən Azərbaycan vətəndaşı heç şübhəsiz ki, “Şurayi-Milli açılır” – deyincə bir az düşünəcək. Artıq əhvali-fövqəladədən çıxaraq mənidar bir həyati-siyasiyə başlayacağı fikrini bəsləmək istəyəcəkdir.

Fəqət nasıl, Türkiyə mütarikə əqd etmiş, Avstriya-Macarıstan qitə-qitə olmuş, Bolqariya çoxdan təslim olmuş. Almaniya silahını qoymuş. İnqilab atəşləri bütün Orta Avropa məmləkətlərini bürümüş, boğazlar açılmış, ingilislər Bakının qapısına dayanmışlardır.

Böylə ikən, əcəba, hanki ümidlə Şurayi-Milli açılıyor? Şurayi-Milli bu qədər müşkülata qarşı Azərbaycan istiqlalını mühafizəyə qadir olacaqmı?

İştə əfkari-ümumiyyəmizinHanki ümidlə?” sualı ilə xülasə etmək istədigi bir həyəcan.

Fəqət bu həyəcana pək o qədər məhəl yox. Tamamilə ümidsiz bir halda degiliz. Şurayi-Millinin açılması ilə azərbaycanlılar müqəddəratlarını tamamilə kəndi əllərinə alıyorlar. Burası millətin əməllərini, arzu məqsədlərini bütün cahani-mədəniyyətə elan edəcək bir kürsüdür. Bu kürsünün öz kürsümüz, öz minbər öz məbədi-siyasiyyəmiz olduğunu bütün cahana isbat etməliyiz, etməklə mükəlləfiz.

Qoy Mərkəzi Avropa dövlətlərinin cahanı təhdid edən bazuyi-ahəninin qırılmaq keyfiyyəti bizi heç naümid etməsin. Bizə həqqimizi verəcək, həqqi-həyatımızı təmin edəcək qüvvət Krupun topları, digər bir qüvvəyi-cabirədir. Biz həqqi-həyatımızı hər şeydən əvvəl kəndi iman istedadımızdan, sonra bütün dünyaya hakim olacaq fikri-hürriyyət üxüvvətdən alacaqdıq.

Şimdi hərb zərb dövrəsi keçərək fikir istidlal zamanı hülul ediyor. Bu gün qaliblər məğlubların iləri sürdükləri əsasatı müdafiə ediyorlar. Lenin tərəfindən millətlərin hüququna aid elan olunan düsturlar, Vilsonun şəraiti-sülhiyyəsinə dəxi bir zəminə təşkil ediyor.

Vilsonun bütün aləm müvacihəsində elan etdigi prinsiplərin bizə tətbiq edilmiyəcəgini düşünmək üçün meydanda heç bir səbəb cəhət yoxdur. Əcəba, düşünülüyor? Bütün Aləmi-İslamə nafiz bulunmaq vəziyyətində olan İngiltərə yanı başımızda bir gürcü, bir erməni sair millətlərin hüquq həqqi-həyatını tanır da bizi boğarmı? Böylə bir düşüncə əbəs olsa gərəkdir.

Bizə həqqi-həyat tanıyacaq İngiltərə ilə pək əla uyuşur etilaf edəriz. Azərbaycan hökuməti Bakı dəxi daxil olduğu halda Qafqasiyanın qismi-mühümmü üzərində əmniyyət asayiş təmin etməklə ingilislərə müfid olur, ingilis mədəniyyət fünunundan da biz istifadə edəriz.

Ümid edəlim ki, bütün millətlərə həqq hürriyyət vəd edən Vilson zümrəsi Azərbaycan hürriyyət istiqlalını boğacaq bir vəziyyət almasın.

Əvət, ümid edəlim. Bu ümidlərimiz vicdani-milliyyəmizin imanı hərbi-ümumi nəticəsində təsis edəcəgi möhtəməl bulunanCəmiyyəti-Əqvamşüarı ilə ruhlansın.

Bu gün biri digəri ardından devrilən təxtlərin, qurama su kökü kibi parçalanan dövlətlərin, yarı Avropayı istila edən inqilabların yalnız bir mənası vardır: demokratizmin qələbəsi! Bu qələbə yarı dünyayə degil, bütün aləmi-mədəniyyətə şamil olmayınca bəşəriyyət sükun bulamıyacaq. Bunu görməli, o surətlə hərəkət etməlidir.

İştə Azərbaycan Şurayi-Millisi böylə ümumi bir demokratizm ərəfəsində açılıyor ki, bu açılış bizim millətlər bayramına hürriyyət libası geyərək çıxmamızı mucib olacaq.

Ümid iman edəlim ki, Azərbaycan kibi müqəddəs atəşi ilə əskidən bəri bir ziyarətgah kibi tanınmış olan yurdumuz demokratlığını yalnız sovuq göstərmişlərə münhəsir etməyib, səmimi işləri ilə isbat etsin.

Qoy Azərbaycan Şurayi-Millisi qanlardan bıkmış, xərabəliklərdən usanmış bəşəriyyətin sülhi-ümumi bayramı üçün yapacağı çırağına kəndisinə məxsus Azəri bir ziya sancsın, kəndi himayəsində yaşayan insanları bilafərq cins məzhəb bəsləyəcək bir yurd, isindirəcək bir ocaq olsun!

Ey qarei-möhtərəm, hanki ümidlə? – soruyordun. İştə böylə bir ümidlə!...

M.Ə.Rəsulzadə

Azərbaycan”, 16 təşrini-sani (noyabr) 1918, №41

     

Tovzibölüşdürmə

Baziəzəmət, qüvvət

Bazui-ahənindəmir kimi qüvvəti, qolu

Şədaidmüsibət

Nəhsuğursuz

Müvacihəüzbəüz dayanmaq

Nafiznüfuz edən   

Azərbaycan Şurayi-Millisi tarixindən        

Azərbaycan Şurayi-Millisinin 1918 sənə iyun ayının 17- Gəncədə Fətəli xan Xoyski hökuməti-hazirəsini təşkil edərək bütün səlahiyyəti-hökuməti kəndisinə tövdi ilə tətil etdigi qarelərimizə məlumdur. İyunun 17-i Azərbaycan tarixi istiqlalına səbt olunacaq günlərdir. Şurayi-Millinin təkrar həyat fəaliyyətə başlandığı bu gündə fövqüzzikr günün iclasını qaparkən Şurayi-Milli rəisi Rəsulzadə Məhəmməd Əmin həzrətləri tərəfindən irad olunan nitqi nəşr etməyi münasib gördük.

İştə nitqin məzmunu:

Həzərat! Daha sabahkı iclasımızı açdığım zaman kibi məsuliyyətli ağır bir zaman içərisində bulunduğumuzu ixtar eləmişdim. Tarixi məsuliyyətin bütün o çəkilməz yükünü şimdiki qərarınızla Fətəli Xan Xoyski cənablarının təşkil elədigi hökumətinin omuzlarına yüklədiniz. Bu qərar bir tərəfdən əhvalın icabı, digər tərəfdən blokiləHümmətin istefaları üzərinə mənən şəklən alınma məcburiyyətini hasil etmişdi.

Dünya müharibəsi Rusiya inqilabının təsiratı ilə yeni doğmuş həyati-siyasiyyəyə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçiriyor. Bu yeni türk növzadi-siyasəti  rüşdü-büluğ bulub da millətlər zümrəsinə bir amili-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuqlar kibi südəmər halında ikən tərki-həyat edəcəkmidir!? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zamanki müqəddərati-milliyyəyi əllərinə alanlar üçün Azərbaycan növzadını tələf etdirməmək kibi müşkül, fəqət müşküllügi ilə bərabər şərəfli bir vəzifə məsuliyyət tərtib ediyor. İştə böylə bir zamanda bu böyük məsuliyyəti-əzimənin bari-giranı altına girmiş olduğu halda Fətəli Xan cənabları hüzurunuza çıxıb da etimadınızı istəməklə kəndisinə iqtidar arıyor. Fəqət bunu yaparkən o, diqqət etdiniz yəqin ki, qədər sararmış, titrəmişdi. Siz onu ehtimal ki, heç bir zaman heç bir məkanda bu dərəcədə lərzan hərasan görməmişdiniz. Bu nəyə bənzər bilirmisiniz? Dəhşətli həngamlarda səfəhati-hərbin məsuliyyətli dəmlərində ricət yapmaq məcburiyyətində qalan bir ordunun mövqei-məxsusi son dərəcə imkanı qədər mühafizə etmək üzrə bırakdığı məfruzəyi istila edə bilən həras xəşyətə...

Əvət, əfəndilər, Azərbaycanın paytaxti-müvəqqətəsi bulunan Gəncədə naqis olsa hakimiyyəti-milliyyəyi təmsil edən bir müəssisənin şu surətlə meydandan çəkilmək məcburiyyətində qalması heç şübhəsiz demokrasinin bir ricəti qüvai-mürtəcenin bir müvəffəqiyyətidir. Bu ricət pak qüvvətlərə müqabil qara napak qüvvətləri təqviyə edəcəkdir. Bu nöqteyi-nəzərdən baxılınca ilk nəzərdə bizim halımız o qara binanın halına bənziyor kibidir. Bu hallar bizdə Rusiya məqasidi-inqilabisinin iflasına dair bir əqidə hasil ediyor. Fəqət əfəndilər! Zəvahirlə bakmıyalım, səthi düşünmiyəlim, pək məyus olmıyalım.

Bəncə, Rusiya inqilabi-əzimi hər derlərsə-desinlər, qətiyyən iflas etmədi. Rusiyada inqilab yapacaqdı? Bu sualaBöyük Rusiyafikri ilə məsmum olan rus inqilabçıları nöqteyi-nəzərindən degil, inqilabın kəndi təbiətini təhlil edərək cavab verməlidir. Böylə bakılırsa Rusiya inqilabı məzlum məğdur siniflərlə məhkum millətləri azad etməlidi. Məğdur siniflər, təqdir edəlim ki, istədiklərindən fəzləsini aldılar. Millətlər isə birər-birər kəsbi-istiqlal ediyorlar. Əvət, dünyanın altıdan birini tutan böyük Rusiya parçalanıyor. Fəqət inqilab böyük Rusiya yaratmaqlamı müvəzzəf idi? Qətiyyən degildi. İfrata gedən sinif hürriyyətləri əlbəttə ki, təyid olunacaq mötədil bir şəklə girəcəkdir. Çünki bu hürriyyətin şəkli-haziri heç şübhəsiz ki, hürriyyət degil, bir afət fəqət bu yolda yapılacaq ricət əminəm ki, hər halda inqilabdan əvvəl mövcud olan hüdudun ötəsindən degil, bərisində təvəqqüf edəcəkdir. Demək, əhval əvvəlkisinə nisbətlə hər halda iyi olacaqdır.

Əfəndilər! Bən sabiq Rusiya ərazisində güzəran etməkdə bulunan vəqaeyə böylə bakıyorum, buna görə hala ümidlərimlə bərabər olaraq yaşıyorum. Biliyoram, əfəndilər ki, Azərbaycan Rusiya inqilabının vəz etmiş olduğu müsbət nəzəriyyələrlə elan etdigi əqanimi-hürriyyətdən son dərəcədə istifadə edəcəkdir.

İştə müstəqil bir Azərbaycan, siyasətən kəsbi-hürriyyət istiqlal edəcək Azərbaycanda ictimai hürriyyətlər hüquqi-bəşərə aid  dəsturlar hər halda müstəbid Rusiya zamanından daha geniş, daha əlverişli olacağına şübhə etməm. Hətta əfəndilər, söyləmək istərəm ki, Azərbaycan Qafqasiyada ən hürriyyətpərvər inqilabçı təsəvvür olunan Gürcüstandan daha məsuddur. Çünki burada bizim daxili hürriyyətlərimizə icrayi-nüfuz edən edəcəgi mütəsəvvür bulunan qüvvət yabancı bir qüvvət degil, öz qüvvətimizdir. (Alqışlar). Burada istiqbal böyük şanlı bir millətin müxtəlif şöbə budaqlarını tövhidə doğru gedəcək ki, eyni məqsədimizdir. (Alqışlar). İctimai hüquqi hürriyyətlərdə bərfərz qaib etsək belə, siyasətən qazanacaq, təlafi mafat edəcəgiz. Halbuki Ukrayna, Gürcüstan sairə öylə degildir. Əvət, əfəndilər! Pək naümid olmayalım. Tarixin amali-milliyyəmiz nöqteyi-nəzərindən müsaid bir zamanında olduğumuzu, türk ittihadı üçün fürsət ələ keçdigini unutmayalım. Bütün məsaimizi bu hürriyyəti-siyasiyyənin təşəbbüsünə sərf edəlim. Bunun üçün hər dürlü fədakarlığa amadə bulunalım.

Sizi, ey heyəti-hökumət, böylə bir əmri-əzimin ifası üçün tövkil ediyor, bütün məsuliyyəti öhdeyi-hökumətimizə təhmil etməklə zənn etməyiniz ki, yalnız qalıyorsunuz. Yetişər ki, siz keçirməkdə olduğumuz zamanın əhəmiyyəti ilə mütənasib, amali-milliyyə ilə müvafiq, türklük əlasına, Azərbaycanın hürriyyətinə, türk kütleyi-nasının mənafeyinə mətuf olan icraatınızda kəhalət müsahilə göstərməyib , yorulmaz bir əzmlə çalışasınız. Biz hər zaman sizə məin olmaya hazırız, istədiginiz zaman bizi kəndinizlə bərabər bulacaqsınız. Biz hüzurumuzla sizə məin olmaya hazır olacağımız kibi icabı təqdirində başqa yollarla da sizi təqviyəyə hazırız. Nitəkim bugünki tətilimiz dəxi bu hisslə bu məqsədlə icra olunuyor.

Şurayi-Millinin heyəti-hazirəsi həqqində vaqe olan tənqidatə qarşı buradan bəhs etməyə lüzum görmüyorum. Siz biliyorsunuz ki, bu tənqidat heyətdən ziyadə əsasa mətufdur. Bu münəqqidlər həqqindəki mühakimatı tarixə həvalə edəlim. Bir kaç ay sonra əgər bu vahi tənqidlərdə arzui-millət arayan ərkan əsasın degil, heyətin əleyhində isələr hürriyyət intixabatı təminilə millətin həqiqi tələqqiyatını görürlər. Millət kəndisi bizimlə onların arasında həkəm, o zaman həqq ilə batil əyan olur.

Şimdi artıq bu ağır günlərdə öhdəsinə bir vəzifə tövdilə tərk etdigimiz hökumətə ərzi-vida edəlim ayrılalım.

Əfəndilər! Sizdən, kəndi həqqimdə əzvi-ehtiramdan başqa bir şey görmədigim əziz arkadaşlarımdan ayrıldığım əsnada öhdəmə vagüzar etmiş olduğunuz vəzifə saiqi ilə yapmış olduğum qüsurlarımın əvəzini diləməgi ayrıca istirham edərim. Şimdi vəqt gəliyor, saəti-vida vuruluyor. Yekdigərinə qardaşcasına əlvida edəlim. ayrılırkənəfəndilər! Bu ümidlə gedəlim ki, inşəallah yakında, Azərbaycanın paytaxtı bulunan Bakıda Azərbaycan Məclisi-Müəssisan dairəsində buluşuruz.

Yaşasın Azərbaycan, yaşasın türklük! (Şiddətli sürəkli alqışlar). Məclis saət ikidə qapanıyor.

Azərbaycan”, 16 təşrini-sani (noyabr) 1918, №41

Tövditəslim etmə; vidalaşma

Rüşdü-büluğhəddi-büluğa çatan

Bari-giranağır yük

Lərzantitrəyən, titrək

Hərasanqorxaq, ürkək

Təqviyəqüvvətləndirmə

Məsmumzəhərlənmiş

Xəşyətqorxu

Müvəzzəfvəzifə həvalə edilən

Əqaniməsillər

Mafatitmiş, yox olmuş

Tövkilvəkil etmə

Tövhidbirləşmə

Həkəmmünsif, arbitr

İstirhamyalvarma, xahiş etmə

Məfruzəayrılmış, ifraz edilmiş, fərz edilən, vacib olan

Məindaşan su

    

Azərbaycan Parlamanında        

16 təşrini-sani saət 1- təyin edilmiş olan iclas saət 2:15 dəqiqədə açılıyor. Hələ saət 12-dən iclasın intizarında yüzlərcə adam duruyor. Nəhayət, Məclis açılıyor. Şurayi-Milli əzası nazirlər qabaqca hazırlanmış yerləri işğal ediyorlar. Əcnəbi məmləkət nümayəndələrindən Gürcüstan Dağıstan hökumətləri nümayəndələri, erməni rus Milli Şuraları nümayəndələri İran general konsulu isbati-vücud ediyorlardı.

Salon tamaşaçılarla dolu idi.

Rəsulzadə Məhəmməd Əmin bəy cənabları sədr yerini tutaraq iclası açıyor aşağıdakı nitqi ilə hazirunə xitab ediyor:

Möhtərəm Şura əzası! Bu gün Azərbaycan Şurayi-Millisi Azərbaycanın baş ayrılmaz bir əzasını təşkil edən paytaxtında açılıyor. Azərbaycanlılar, necə ki hamınıza məlumdur, heç vəqt hürriyyət istiqlaliyyət fikrindən ayrılmıyaraq daima bu uğurda çalışmış, mübarizə eləmişlərdir, Rusiya çarizmi dövründə onların fəaliyyəti yalnız milli ədəbiyyat, milli məktəb, milli mədəniyyət mübarizəsində təzahür etmişdir. Çarizmin süqutu ilə bütün millətlər əl-ələ verib müqəddərati-milliyyələrinin həlli, hüquq istiqlaliyyətləri yolunda çalışdılar. Fəqət çarizm süqutundan sonra inqilab öylə şəkil surət aldı ki, millətlərin hüquqi təmin edilmədi. Millətlər arzu amallarına nail olmadılar. Fəqət qədər səddlər çəkilsə, maneələr qonulsa belə inqilab nəticəsində bütün millətlər inqilabın fütuhat meyvələrindən istifadə etdilər.

Bədə sədr cənabları Qafqasiyanın Rusiyadan ayrılması, Qafqasiya millətlərinin istiqlaliyyət elan etmələri, Azərbaycan Milli Şurası elanı işi hökumətə tapşıraraq səhnədən çəkilməsini təsvirlə diyor ki:

Şimdi artıq Şurayi-Milli yenidən həyata dəvət edildi.

Bakının ziynəti, milli hiss cərəyanların məcmui, milli təşkilatının mərkəziİsmailiyyəidi. Arzu ediliyordu ki, Milli Parlamanımız haman möhtəşəm binada iclas qursun. Fəqət bu gün o möhtəşəm bina xərabə halına gəlib, iclasımız bələdiyyə salonunda açılıyor. Lakin ev yanar, amma millət, milli istiqlaliyyət fikri, milli ruh ölməz. Ev yanar, fəqət millət onun şöləsi ilə tutuşar, milli hüququnu almaq, milli müqəddəratını öz əlinə salmaq uğrunda çalışar. Qoy bu atəş bizi yaksın, amal şöləsi versin! Burası var ki, bu gün biz qayət müşkül bir vəziyyətdəyiz.

Doğrudur, Milli Şuramız Məclisi-Müəssisan əzası ilə tamam xəlq tərəfindən seçilmiş bir şura degildir. Lakin tarix öylə şeylərə çox təsadüf etmiş, çox öylə əmrlərə şahid olmuşdur. Bugünki Milli Şuramız parlaman surəti almaq üçün genişliyəcək, oraya bütün siniflərdən, müqəddəratını Azərbaycan müqəddəratı ilə əlaqədar edib, Azərbaycanın şadlığı ilə şadlanan, qəmi ilə qəmgin olan bütün millətlərin nümayəndələri cəlb olunacaqdır. O vaxt tam bir parlamana malik olacağız. Fəqət hələ bugünki günə nail olmaq üçün millətimiz qədər fədakarlıqlarda bulunmuş, qədər qurbanlar vermişdir. Azərbaycan istiqlaliyyət, bu muxtariyyəti yolunda qədər qurban verdigimizə möhtəşəmİsmailiyyəbinasının xərabəsi müdhiş bir timsaldır. Bundan əlavə hamımız bilməliyiz ki, bu səadətə nail olmamızda biz, hər şeydən ziyadə bizim dəvətimiz, ricamız ilə imdadımıza gəlmiş bizim həyatımızı qurtarmış olan türk əskərlərinə mədyunuz.

Bədə natiq gərək türklər gərəksə Azərbaycanın vermiş olduğu qurbanlar, vətən millət şəhidlərinin tərhimi-ruhi üçün ayağa qalxmayı təklif ediyor. (Hamı qalxıyor). Sonra Şurayi-Milli əzası Lütfəli bəy Behbudovun tərhim üçün ayağa qalxmayı təklif ediyor, yenə (hamı qalxıyor).

Sonra təkrar nitqinə davamla diyor ki: bu gün biz azərbaycanlılar Şuraya yığıldıqda Milli Şura əzaları bütün hüquqi-milliyyənin müdafiəsi, namusi-milliyyənin mühafizəsi üçün firqə nizai, sinif münaqişəsi sairəyi kənara ataraq əl-ələ versək, müttəhidən çalışsaq əmin olmalıdır ki, vicdani-bəşərdə yerləşmiş olan hüquqi-milliyyədən məhrum qalmarız. Hazırda qalib, məğlub ümumidövlət millətlər arasında ən artıq intişar tapan haman millətlərin müsavati-hüquqi müqəddərati-milliyyə təyininin özlərinə tapşırılması şüarıdır. Əminəm ki, burası quru söz olmayıb, bəşəriyyətin milyonlarca qurban verməsi, cəmiyyəti-bəşəriyyətin buna müvafiq vəziyyət alması iqtizasıdır. Bəşəriyyətin vicdanına inanalım. Bu uğurda çalışalım əmin olalım ki, çalışsaqCəmiyyəti-Əqvamiçində Azərbaycanın da yeri olacaqdır. Böylə bir yer bulmağa həqqimiz olduğunu kimsə inkar etməz.

Azərbaycan”, 17 təşrini-sani (noyabr) 1918, №42

     

Tövditəslim etmə    

              

Azərbaycan Milli Şurasında
Birinci iclas
        

Fətəli xan Xoyskisədrdən sonra hökumət rəisi Fətəli xan Xoyski çıxaraq hökumət namından Şurayi-Milliyi təbrik ediyor vəqtin qeyri-müsaidligi, vəziyyətin təqazasından dolayı müfəssəl məlumat verəmiyəcəgini bildirərək diyor ki: Şurayi-Milli dəvəti üçün 6 ay möhlət verilərkən bütün ümuri-ixtiyar hökumətə tapşırılmış olduğu halda, bunun öhdəsinə verilmiş vəzifəyi ifa etmədən Şurayi-Milliyi vəqtindən əvvəl çağırmasının səbəbi budur ki, Şurayi-Millidən ayrılan zaman hökumətin işləri maliyyat, əskər daxili intizam cəhətlərindən qayət fəna idi. Anarşi hökmfərma idi. Daha mühümi budur ki, paytaxtımız əlimizdə degildi. Hökumət müşkül bir vəziyyətdə bugünki yığılışa nail olmaq üçün bir çox mübarizə davalar qarşısında idi. Şükür olsun ki, şimdi anarşi qırılmış, maliyyat yaxşı bir halə gətirilmiş, dəmiryolu sairə düzəlmiş, Azərbaycan üçün qoşun əmələ gətirilmişdir. Bakı məsələsi hüsni-həll olunaraq zülm ilə əlimizdən alanlardan təmizlənib geri alındı şimdi paytaxtımız oldu. Paytaxtımız əlimizdə olmadıqca Məclisi-Müəssisan hazırlığı üçün bir komissiya təşkil edildi. Hala da işləməkdədir. Amma övzayi-siyasiyyə böylədir ki, şimdiki nazik mühüm bir zamanda hadisatı təqib etmək belə qeyri-mümkündür. Səhər qeyri-mümkün ədd olunmayan bir şey axşam əmri-vaqe kibi araya çıxıyor. Böylə bir zamanda 2-3 ay gözləyib Məclisi-Müəssisan çağırmaq olmaz. Böylə bir zamanda hökumət bütün işlərdə yalnız özü məsul olmamaq üçün məcbur oldu 6 ay gözləmədən Milli Şurayı dəvət etsin, tainki onun göstərməsi iştirakı ilə çalışsın. Hökumət biz istəriz ki, istiqlal qədər çətin ələ gələn çox qurban tələb edən, müşkülat çıxaran bir əmr isə , müttəhidən çalışsaq müşküllər səhl olar. Necə ki, sədr cənabları ərz etdilər, firqə sinif ixtilafını kənara buraxaraq müttəhidən istiqlalə çalışmalıdır.

Nitqinin axırında baş nazir həzrətləri hökumət namından hökumət işlərini Şurayi-Milliyə tapşırdığını bəyanla şurayı yenidən təbrik ediyor.

SədrŞura namından parlaman dəvətinədək qüvveyi-icraiyyənin yenə hökumət öhdəsində qalmasını təklif etməklə izn istiyor.

Pepinovtəklif ediyor tənəffüs elan olunsun.

5 dəqiqə tənəffüs elan ediliyor. Tənəffüsdən sonra Rüstəmbəyli Şəfi bəy cənablarıƏhvali-fövqəladəyi nəzərə alaraq hökuməti-hazirə başında qalıb qüvveyi-icraiyyədən istifadə ediyorməzmunlu bir formula təqdimilə qüvveyi-icraiyyənin hökumət öhdəsində qalmasını təklif ediyor.

Pepinovsosialistlər ittifaqı namından bəyan ediyor ki, hökumətin təsisində iştirak etmədikləri kibi bu gün istefası münasibətilə səs verməyəcəklərdir.

ŞeyxülislamovmenşevikHümmətfirqəsi namından eyni bəyanatı veriyor.

Sədrsəsə qoyur. Məzkur iki fraksiya rəy vermədikləri üzrə ittihadi-ara ilə Şəfi bəyin təklifi qəbula keçir.

Məhəmməd Əmin bəytəklif ediyor ki, Şura izn versin heyəti-rüəsa cəmaətə xitabən bir müraciətnamə bəyannamə nəşr etsin. Bundan əlavə hüquq istiqlalımız həqqində bəşəriyyət hüzurunda səsimizi yucaltmaq lazım gəldigindən şura izn versin bəşəriyyət mədəniyyət naminə Vilson aləmi-mədəniyyətə xitabən bir müraciətnamə nəşr edilsin.

Bəyannamələrin tərtibi beynəlfərq şuraya həvalə olunur.

Azərbaycan”, 18 təşrini-sani (noyabr) 1918, №43

     

Azərbaycan Milli Şurasında

Təşrini-saninin 20- axşam saət 9-da Azərbaycan Milli Şurası, Şura rəisi Rəsulzadə Məhəmməd Əmin bəy cənabları tərəfindən açılıyor. İclasda Azərbaycan hökuməti baş naziri Fətəli Xan Xoyski, qeyri nazirlər isbati-vücud ediyorlar.

Əvvəlcə Şura rəisi Milli Şuraya daxil edilən Azərbaycan Məclisi-Məbusanı (parlamanı) təşkili həqqində layiheyi-qanuniyə əsbabi-mucibəsini oxuyur.

Layihə budur:

Müvəqqəti Azərbaycan parlamanı (Məclisi-Məbusanı)         təşkili həqqində layiheyi-qanuniyyə əsbabi-mucibəsi

1917 sənəsi aprel ayında toplanan Ümumqafqasiya müsəlmanları qurultayı Cənubi Qafqasiya islamları ümuri-milliyyə mədəniyyələrini idarə mənafeyi-siyasiyyələrini müdafiə etmək üzrə bir mərkəzi komitə təşkili tərhini cızaraq müvəqqətən mərkəzi komitə icraatını Bakıda inqilab təriqilə təşəkkül edən Bakı komitəsinə tərk etmişdi. Bakı komitəsi bir zaman mərkəzi komitə vəzifəsini idarə edərək mətruh bulunan mərkəzi komitəyi təsis vəzifeyi-müvəqqətəsini məzkur idarəyə tövdi eləmişdi. Mərkəzi komitə keçən sənə noyabr ayında dəvət edilən Milli Komitələr konfransının qərarına görə Azərbaycan Məclisi-Müəssisanını bir ay sonraya qədər toplamalıydı. Fəqət əhvali-siyasiyyə övzai-daxiliyyə, zühur edən həvadisi-fövqəladə buna imkan verməyərək Cənubi Qafqasiyadan Rusiya Məclisi-Müəssisanına gedəcək əza Rusiya Məclisi-Müəssisanı dağıldığından dolayı Tiflisə cəm olaraq firqə siyahılarını təbiri-məxsusla dərinləşdirmək təriqilə Cənubi QafqasiyaSeymini təşkil etdilər. Cənubi Qafqasiya mərkəzi müsəlman firqələri tərəfindən Rusiya Məclisi-Müəssisanına seçilən 14 müsəlman məbusu siyahıların firqələr tərəfindən dərinləşməsi surətilə 44-ə qədər çoxaldı. Azərbaycan Məclisi-Müəssisanını toplamaq qeyri-mümkün olduğunu nəzərə alaraq Cənubi Qafqasiya müsəlman komitəsi bu məsələnin həlliniSeymmüəssisəsində bulunan müsəlman əzaya vagüzar etməyi münasib gördü. Çünki bunlar Mavərayi-Qafqas əhaliyi-islamiyyəsi arasında mövcud bulunan müxtəlif siyasi cərəyanları təmsil edir əhalinin milyondan ziyadə rəyini qazanmış müvəkkillərdideyə istidlal ediyor. Təşkilati-milliyyənin təyini istiqaməti üçün bu zəvat ən ziyadə səlahiyyət sahibidir deyətələqqi ediyordu. Bu surətlə Mavərayi-Qafqas islamlarının təşkilati-mərkəziyyələrinə təvarüs edən Mavərayi-QafqasSeymi müsəlman əzaları iləridə Məclisi-Müəssisan toplanıncaya qədər kəndilərini Mavərayi-Qafqas Müsəlman Şurasıdeyə elan etdilər. ŞuraSeymə daxil olan müsəlman firqələri nümayəndələrindən mütəşəkkil bir heyəti-icraiyyə dəxi intixab elədi. Gürcüstanın Mavərayi-Qafqas ittifaqından çıxaraq ayrıca elani-istiqlal etməsi üzərinə Mavərayi-Qafqas Müsəlman Şurası bittəbii kəndisini Azərbaycan Şurayi-Millisi bunu mütəaqib Azərbaycanın istiqlalını elan Azərbaycan hökuməti-cümhuriyyəsini təşkil elədi.

Mavərayi-Qafqas qitəsi birlikdə ikən burada bulunan başlıca üç millət arasında təyini-hüdud yox ikən Milli Şuralar birər milli müəssisələr idi. Vəzifələri bittəbii məhdud mədud idi. Elani-istiqlal keyfiyyəti ilə Şuralar birər milli müəssisə halından çıxaraq dövlət müəssisəsi şəklini alıyordu. Azərbaycan yalnız türklərlə məskun degildir. Bunun üçün Azərbaycan Şurayi-Millisi Azərbaycan ərazisi üzərində yaşayan bütün millətləri təmsil etməlidi. Həm Şurayi-Milli, həm hökumət bunun lüzumunu idrak ediyorlardı. Fəqət əhvali-fövqəladə məmləkətin ərazisini düşmənlərdən təmizləmək keyfiyyəti bir aralıq qüvveyi-təşriyyənin tətilini belə mucəb olduğundan bu əməliyyənin tətbiqinə şimdi təvəssül olunuyor. Müəyyən bir ərazi üzərində icrayi-hökm edəcək, qəvanin vəz edən bir məclisi-təşriyyə üçün yalnız bir milləti təmsil etmək kafi olmadığı kibi, 44 kişilik ufaq bir məclis halında olmaq dəxi mümkün degildir. Əlavə bərayn Azərbaycan müsəlmanlarının həyati-xüsusiləri nöqteyi-nəzərindən məclisimizdə bulunan müxtəlif siyasi cərəyan nümayəndələrindən başqa cəmaət müəssisələri ilə doğrudan-doğruya vilayətlərdən göndərilən nümayəndələrin vücuduna da böyük bir lüzum vardır. Bakı quberniyası ilə Gəncə quberniyası, Zaqatal okruğu İrəvan ilə Tiflis quberniyalarından birər hissəsi Azərbaycan ərazisini təşkil etməkdədir. Bu ərazi üzərində Qafqas təqviminin hesabı üzərinə tamam rəqəmlə 2.750.000 nüfus vardır. Bundan 1.900.000 islam, 500.000-i erməni, 230.000 rus, sairi müxtəlif millətlərdir.

Hər məbus üçün 24.000 nüfus miqyas alarsaq müsəlman-lar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 məbus çıxarıyor.

Digər xırda millətlər isə miqyas təşkil edəcək dərəcədə olmuyorlar. Fəqət gürcü ilə polyak digərlərinə nisbətən daha ziyadə bir əqəliyyət təşkil elədiklərindən onlara dəxi bitövr istisna birər nümayəndəlik verilə bilər.

Əqəliyyətdə bulunan millətlərin hissələrinə gələn nümayəndələr tamamilə cəlb olunmaq lazım ikən bittəb müsəlmanlardan mövcud bulunan 44 şura əzası təfriq olunaraq yalnız 32 zat yenidən cəlb olunacaqdır.

Cəlb etmək həqqini Şurayi-Milli şəhər idarələri ilə Milli Komitələrə müraciətlə tətbiq ediyor. Yalnız mərkəzi-məmləkət bulunan Bakıda bir istisna olaraq şəhər idarəsindən əlavə sinfi müəssisələrdən dəxi nümayəndə istənilir.

(Ardı var)

 





28.04.2014    çap et  çap et