525.Az

Bakının bir hissəsində su olmayacaq


 

Bakının bir hissəsində su olmayacaq<b style="color:red"></b> “Azərsu” Açıq  Səhmdar Cəmiyyəti Bakı şəhərinin bir hissəsində suyun verilməsində məhdudiyyətin olacağı ilə bağlı məlumat yayıb.
 
Lent.az-ın cəmiyyətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xətai rayonu Gəncə prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində yeni çəkilmiş 315 mm diametrli su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar “+110 Şərq” su anbarının 500 mm diametrli V-2 çıxış xətti bağlanılacaq. Bununla əlaqədar 29 aprel 2014-cü il tarixdə Babək və Gəncə prospektlərinə, S.Ə.Şirvani, M.Hadi, Neapol küçələrinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
 





28.04.2014    çap et  çap et