525.Az

Azərbaycan ilə BMT arasında tərəfdaşlıq məsələləri müzakirə olunub


 

Azərbaycan ilə BMT arasında tərəfdaşlıq məsələləri müzakirə olunub<b style="color:red"></b>

Xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son arasında onlayn görüş keçirilib.

525.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, tərəflər BMT ilə Azərbaycan arasında dayanıqlı inkişaf məqsədilə tərəfdaşlıq, habelə pandemiyadan və münaqişədən sonrakı dövrdə dirçəliş məsələlərini müzakirə ediblər.

 





02.11.2021    çap et  çap et