525.Az

Naxçıvanın təbii sərvəti: nadir bitki növləri


 

Naxçıvanın təbii sərvəti: <b style="color:red"> nadir bitki növləri</b>

Naxçıvan Muxtar Respublikası özünəməxsus təbii şəraiti, oroqrafiyası, torpaq örtüyü və bitkilər aləmi ilə fərqlənən tipik dağlıq diyar olub, Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşir. Aparılan son tədqiqatlara əsasən, ərazi florasında 160 fəsilə 910 cinsə mənsub 3020 bitki növü olduğu müəyyən edilib. Muxtar respublikanın Zəngəzur Milli Parkı ərazisinə daxil olan Ordubad rayonu Kotamdağ vadisi özünün zəngin və nadir bitki örtüyü ilə fərqlənir.

Burada əsasən petrofil (qaya-töküntü) bitkiliyinin nadir növlərinə rast gəlmək olur. Onlardan Azərbaycanın və eləcə də Naxçıvanın "Qırmızı Kitab"ına düşən və eləcə də "Azərbaycan Respublikasının Qırmızı Kitabı"ının gələcək nəşrlərinə daxil edilməsi məsləhət görülən nadir növlər yayılıb. Aparılan tədqiqatlar nəticəsində ərazi florasında 50-dən çox nadir bitki növü müəyyən edilmişdir. Aşağıda adları çəkilən bu növlərin əksəriyyəti dərman, və dekorativ, bəziləri isə qida əhəmiyyətlidir.

Dərman əhəmiyyətli növlər - Dufresniya valerianotu - Valerianella dufresnia Bunge, Şüvərənyarpaq pişikotu - Valeriana sisymbriifolia Vahl, Dərman seteraxı - Ceterach officinarum Willd, Venera saçlı adiant - Adiantum capillus-veneris L, Adi ardıc - Juniperus communis, Agıriyli ardıc-Juniperus foetidissima Willd. Hündür ardıc - Juniperus excelsa M. Bieb., Kiçik qıfotu - Vinca minor L, Otvari qıfotu - Vinca herbacea Waldst. & Kit, Gürcü doqquzdonu-Lonicera iberica L, Əyilən tozağacı - Betula pendula Roth, Aşı sumaxı - Rhus coriaria L, Boz albalı - Cerasus incana (Pall.) Spach, Dərman qıjısı-Nastutium officinale R.Br, Adi əncir-Ficus carica L, Adi nar - Punica granatum L, Kox şamı - Pinus kochiana Klotzsch ex K.Koch L, İzopironlu qaraqaytaran-Thalictrum isopyroides C.A. Mey, Boylu acılıq - Ephedra procera Fisch. & C.A. Mey, Adi qaratikan - Paliurus spina-christi Mill, Kolvari jasmin-Jasminum fruticans L, Qafqaz dağdağanı - Celtis caucasica Willd, bu bitkilər tibdə və xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.

Dekorativ növlər - Florens tülpanı - Tulipa florencky Woronov, Qafqaz süsəni - İris caucasica Hoffm, Fars süsəni-İris persica L, İkiçiçək tülpan-Tulipa biflora Pall, Gmel. ex Schult. et Schult.f, Şərq qərənfili - Dianthus orientalis Adams, Qafqaz dağdağanı-Celtis caucasica Willd, Turnefor dağdağanı Celtis tournefortii Lam., Mişenko zümrüdçiçəyi-Scilla mischtschenkoana Grossh., Qafqaz zümrüdçiəyi - Scilla caucasica Miscz., Hohenger südotu - Polygala hohenackeriana Fisch. &C.A. Mey, Xəzər nonea - Nonea caspica (Willd.) G. Don, Dərələyəz zəngçiçəyi - Campanula daralaghezica (Grossh.) Kolak. & Serdyuk., Zəngəzur zəngçiçəyi- Campanula zangezura (Lipsky) Kolak. & Serdyuk, İriçiçək xöstək - Caragana grandiflora (M.Bieb.) DC, Sirkənvari həlməl - Zygophyllum atriplicoides Fisch. & C.A. Mey, Qafqaz qayaotu - Sempervivum caucasicum Rupr. ex. Boiss, Gözəl Vaviloviya - Vavilovia formosa (Steven) Fed, Kürd laləvəri - Fritillaria kurdica Boiss. & Noe, Qafqaz laləvəri - Fritillaria caucasica Adams, Akaka soğanı - Allium akaka S.G, Mahaleb meşə albalısı - Padellus mahaleb (L.) Vass., Xırdameyvə bulaqotu - Veronica microcarpa Boiss, Adi qaratikan - Paliurus spina-christi Mill., Kütyarpaq püstə - Pistacia mutica Fish.et C.A.Mey, Şərq çinarı - Platanus orientalis L, Boissiyer şəbbugülü - Matthiola boissieri Grossh., Güldəfnəvari argirolobium -Argyrolobium trigonelloides Jaub. & Spach, Gözlənilməz qargasoğanı-Gagea chomutovae (Pascher) Pascher, Görkəmli çiriş - Eremurus spectabilis M. Bieb, Kolvari jasmin-Jasminum fruticans L, Meyer zuvandası - Zuvanda meyeri (Boiss.) Askerova, Çoxbölümlü biberşteyn - Biebersteinia multifida DC.

Qida əhəmiyyətli növlər - Mişenko zümrüdçiçəyi-Scilla mischtschenkoana Grossh, Gövdəsiz çaşır - Prangos acaulis (DC.) Bornm, Aşı sumaxı - Rhus coriaria L, Boz albalı - Cerasus incana (Pall.) Spach, Adi nar - Punica granatum L, Görkəmli çiriş-Eremurus spectabilis M. Bieb., və s. bura daxildir.

Gəlin Ulu Tanrının bizə bəxş etdiyi, bizim sağlamlığımızı qoruyan bu qiymətli və nadir sərvətimizi qoruyaq!

Namiq ABBASOV 
AMEA Naxçıvan Bölməsi, Bioresurslar İnstitutu "Bitki sistematikası" şöbəsinin müdiri, dosent

 

 





03.11.2021    çap et  çap et