525.Az

TQDK-dan təhsil şöbələrinə növbəti müraciət


 

TQDK-dan təhsil şöbələrinə növbəti müraciət<b style="color:red"></b> “Şagird-məzun” sisteminə ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların daxil edilməsi prosesi davam edir.

Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.  2013/2014-cü tədris ilinin təqvim planına əsasən, şagirdlər haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi aprelin 30-da sona çatır.

TQDK bununla əlaqədar şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinə müraciət edərək bildirib ki,  daxil edilməmiş məlumatların “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etsinlər.
 





29.04.2014    çap et  çap et