525.Az

"Hər oğul bir qəhrəmandır" adlı videoçarx hazırlanıb


 

"Hər oğul bir qəhrəmandır" adlı videoçarx hazırlanıb<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Vətən müharibəsi şəhidi Xaqani Məmmədovun Anım günü ilə əlaqədar "Hər oğul bir qəhrəmandır" başlığı altında videoçarx hazırlayıb.

Kitabxanadan 525.az-a bildirilib ki, Xəqani Məmmədovun qısa, amma şərəfli ömür yolundan bəhs edilən videoçarx kitabxananın sosial hesablarında izləyicilərə təqdim olunub.

Videoçarxda bildirilib ki, Xaqani Məmmədov 2000-ci il mayın 15-də Kürdəmir şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xaqani Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Xaqani Məmmədov noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Xaqani Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 





04.11.2021    çap et  çap et