525.Az

Azərbaycan kulinarları şəhidlərimizi yad ediblər


 

Azərbaycan kulinarları şəhidlərimizi yad ediblər<b style="color:red"></b>

Bu günlərdə "Milli Kulinariya Mərkəzi" tərəfindən "Beynəlxalq Kulinariya Günü" və şəhidlərimizin anımı ilə əlaqədar tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirə 44 günlük Vətən müharibəsində könüllü olaraq döyüşlərdə iştirak edən və şəhidlik zirvəsinə yüksələn kulinarların ailə üzvləri və Qazi aşpazlar dəvət olunublar.

Həmçinin, mərasimdə ictimai, siyasi xadimlər, dövlət qurumlarının nümayəndələri, media mənsubları da iştirak ediblər.

Tədbir öncə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı qarşısında xatirəsi ehtiramla yad edilərək, onun və şəhidlərimizin abidələri önünə gül dəstələri qoyularaq başlayıb.

Mərasim zamanı çıxış edən mərhum şair Məstan Günərin nəvəsi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Günər Əliyev Vətən müharibəsinin Azərbaycanın tarixindəki önəmli rolundan, Qarabağ zəfərinin xalqa bəxş etdiyi qürur hissindən danışıb. Həmçinin, şair Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidləri ehtiramla yad edib, ailələrinə, xüsusən, analarına səbr dilərək onların xatirəsinə həsr etdiyi "Şəhidlər" şeirini səsləndirib.

 





04.11.2021    çap et  çap et