525.Az

UNESCO-da Azərbaycanın sədrliyi ilə toplantı olub


 

UNESCO-da Azərbaycanın sədrliyi ilə toplantı olub<b style="color:red"></b>

UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrliyi ilə II Seçki Qrupunun iclası keçirilib.

525.az xəbər verir ki, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin sədrlik etdiyi iclasda qurumun baş direktorunun humanitar və sosial elmlər üzrə müavini Qabriela Ramos, eləcə də II Seçki Qrupunun üzv ölkələrinin nümayəndələri iştirak ediblər.
İclasın gündəliyi təsdiqləndikdən sonra Rusiya Federasiyasının UNESCO yanında daimi nümayəndəsi, səfir Aleksandr Kuznetsov UNESCO İcra Şurasının II Seçki Qrupundan vitse-prezidenti qismində İcra Şurasının 212-ci sessiyasının nəticələrinə dair məlumatla çıxış edib.

Sonra UNESCO baş direktorunun humanitar və sosial elmlər üzrə müavini Qabriela Ramos qurumun Baş Konfransı müddətində rəhbərlik etdiyi sektorun fəaliyyətindən və Baş Konfrans çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verib. Süni intellekt etikası üzrə UNESCO-nun tövsiyələrinin qarşıdan gələn Baş Konfransda qəbul ediləcəyinə ümid etdiyini deyən baş direktorun müavini bu tövsiyələrin qəbul edilməsi üçün ölkələri səs verməyə çağırıb.

Mədəniyyətlərarası dialoqa toxunan Qabriela Ramos Azərbaycana "Bakı Prosesi"nə görə təşəkkür edərək, ölkəmizin mədəniyyətlərarası dialoq sahəsində UNESCO-ya verdiyi dəstəkdən söz açıb.

İclasda II Seçki Qrupunun növbəti sədri 2022-ci ilin yanvarından Bolqarıstanın olması razılaşdırılıb.
İclas üzv ölkələrin nümayəndələrinin çıxışları, fikir mübadiləsi ilə davam edib.

 





04.11.2021    çap et  çap et