525.Az

AYİB Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yaxşılaşdırıb


 

AYİB Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yaxşılaşdırıb<b style="color:red"></b>

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 4% böyüyəcək.

525.az-ın bankın "Regional İqtisadi Perspektivlər" adlı hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci ildə isə ölkədə ÜDM-in artım tempinin 3,2% olacağı proqnozlaşdırır.

Qeyd edək ki, bank iyun proqnozu cari ildə Azərbaycan iqtisadiyyatının 2%, gələn il isə 2,5% böyüyəcəyini vəd edirdi.

Xatırladaq ki, 2020-ci ildə ölkə iqtisadiyyatı 4,3% kiçilib.

 





04.11.2021    çap et  çap et